Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Anar Kərimov Əbülfəs Qarayevdən də betər oldu” - Xalq artistləri

Tarix: 22-12-2022 19:37     Baxış: 4449 A- / A+



2021-ci ilin yanvarında mədəniyyət naziri təyin olunan Anar Kərimov bu gün vəzifəsi ilə vidalaşmalı oldu. Prezident İlham Əliyevin imzaladığı sərəncamla cəmi bir il 11 ay nazir postunu tutan Kərimov işdən çıxarıldı, onun səlahiyyətləri Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışan Adil Kərimliyə həvalə olundu.
Dövlət başçısının bu gün imzaladığı sərəncamla Adil Qabil oğlu Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edildi, ona eyni zamanda mədəniyyət naziri təyin olunanadək həmin vəzifəni icra etmək tapşırıldı. 
Vəzifəyə gəldiyi ilk gündən ümidləri doğrultmayan Anar Kərimovun işdən çıxarılması gözlənilən idi. İndiyədək fəaliyyətilə diqqət çəkə bilməyən nazir dəfələrlə tənqidlərə tuş gəlib və bir neçə dəfə onun postundan uzaqlaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Nəhayət, bu gün onun yola salınmasına qərar verildi.
Anar Kərimovun işdən çıxarılmasına mədəniyyət xadimlətinin münasibəti necədir?
Manevr.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan Xalq artisti, kinorejissor Əbdül Mahmudov Anar Kərimovun mədəniyyət sahəsindən anlayışı olmadığını, 2 ilə yaxın fəaliyyəti dövründə heç nə ilə yadda qalmadığını bildirib.
"Anar Kərimov və komandasının korrupsiya fəaliyyəti göz önündədir. Heç Əbülfəs Qarayev bu qədər korrupsiyaya bulaşmamışdı. Anar Kərimov ondan pis idi. Anar Kərimov gələndən sonra mədəniyyətin inkişafı ilə bağlı heç bir iş görmədi. Ancaq dövlətin pullarını mənimsəməklə məşğul oldu. Əlbəttə, kiminsə işdən çıxarılmasına sevinmirəm, ancaq düşünürəm ki, kadr siyasəti məsələsi yoluna düşəcək.
Naxçıvan hadisələri, icra başçılarının, məmurların rüşvətxorluğu bir daha onu göstərdi ki, Azərbaycanda artıq korrupsioner məmurlara yer yoxdur. Onlar mələk kimi göstərib vəzifəyə gəlirlər, sonra da yeyib-talamaqla məşğul olurlar. Belə məmurların hamısından xilas olmaq vaxtı gəlib çatıb", - Əbdül Mahmudov vurğulayıb.
Bu yaxınlarda Sumqayıt Dövlət Dram Teatrındakı işindən kənarlaşdırılan Xalq artisti Valeh Kərimov da Anar Kərimovun işdə çıxarılması ilə bağlı qərarın doğru olduğunu deyib. O bildirib ki, Anar Kərimov nazir olduğu dövrdə nə mədəniyyət xadimləri problemləri ilə maraqlanıb, nə də incəsənət nümayəndələrini dinləyib. 
"O, fəaliyyəti dövründə heç bir iş görmədi, mədəniyyət sahəsində inkişafın şahidi olmadıq. Sadəcə öz kreslosunda oturdu və iki il ərzində heç kimin problemini həll etmədi. Anar Kərimov nazir olsa da, heç aktyorları belə tanımırdı. Əlbəttə, bu cür şəxslər vəzifədə qalmamalıdır. Bu cür dəyişikliklər tez-tez olmalıdır", - deyə tanınmış aktyor söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar