Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

Tarix: 10-12-2022 09:37     Baxış: 3742 A- / A+
Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü10 Dekabr 2022, 09:249 dekabrda TÜRKSOY-un 2022-ci il "Bursa- Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirilib.
 
Şuşa Dövlət qoruğu idarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən xəbərə görə, tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb. Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.
 
TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın "2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.
 
Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar