Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bir ailənin dörd üzvünü öldürən şəxsi hansı cəza gözləyir?

Tarix: 03-12-2022 18:24     Baxış: 4817 A- / A+

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən Fuad Cəlilzadə 14 ildən 20 ilədək və ya ömürlük həbs edilə bilər.
Manevr.az bildirir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Anar Ramazanov ortada xüsusi ağır cinayətin olmasına diqqət çəkib:

“İbtidai istintaq hansı maddə ilə cinayət işi açıldığını mətbuata tam açıqlamır, amma işin hallarına baxdıqda biz burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən bir neçə cinayət tərkibinin baş verdiyini deyə bilərik. Belə ki, həmin maddədə əks olunan iki və daha çox şəxsi öldürmə, xüsusi amansızlıqla adam öldürmə və tamah niyyəti ilə adam öldürmə cinayətlərinin əlamətlərinə bu hadisədə rast gəlmək mümkündür. Birinci əlamət, yəni iki və daha artıq şəxsi öldürmə artıq məlumdur və istintaq ona birmənalı qiymət verəcək”.
Hüquqşünas qeyd edib ki, işin gedişində ortada tamah və başqa niyyətlə adam öldürmə kimi epizodlar öz təsdiqini taparsa, o zaman həmin şəxs bir neçə maddə üzrə ittiham olunacaq:
“Bu zaman onun cəzası 120.2-ci maddədə nəzərdə tutulduğu şəkildə 14 ildən 20 ilə qədər və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə olacaq. Üstəlik, bu kimi hallarda təqsirləndirilən şəxsin qarşı tərəfin ailəsi ilə barışması belə onun məsuliyyətinə təsir eləmir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar