Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Artıq bu şəxslərə dosent və professor adı verilməyəcək - FƏRMAN

Tarix: 26-11-2022 18:02     Baxış: 4569 A- / A+
Artıq bu şəxslərə dosent və professor adı verilməyəcək - FƏRMAN
Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək.

Manevr.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıydı;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi;
- iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməliydi;
- iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıydı və s.
Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.
İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıydı;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi;
- iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməliydi;
- iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıydı və s.
Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar