Xəbər lenti
Novxanıda şeir süfrəsi açılıb -FOTOLAR
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Novxanı kəndındə yerləşən ALFA restoranında Sumqayıt şəhər Regioanl Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mədəniyyət Mərkəzi, MKS, 8 saylı Novxanı kənd kitabxana filialı və Novxanı Kənd Diyarşünaslıq Klubunun birgə tədbiri keçirilib.
Tədbirdə şairlər Nafiz Rüstəm, Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Rəna Mərzili, Məlahət Yusifqızı, Sabir Zamanlı, Esmira Məmmədli, Balayar Sadiq, Məlahət Fərəcova və digərləri çıxış edərək müxtəlif illərdə yazdıqları şeirlərini ifa ediblər.
Daha sonra gənc müğənnilər Zaur Yusifli və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnları, “Xəzər ulduzları” rəqs ansamblının üzvlərinin ifasında “Uzundərə”, “Tərəkəmə” və s. xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda Abşeron rayon Mədəniyyət Mərkəzinin Direktoru Nurlan Məmmədli və Abşeron rayon MKS-in direktoru Məlahət Abdullayeva çıxış edərək belə tədbirlərin müntəzəm təşkil ediləcəyini bildiriblər. Novxanıda şeir məclisi keçirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar