Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Anardan pul verməyən yazıçılara XƏBƏRDARLIQ

Tarix: 05-11-2022 20:30     Baxış: 3683 A- / A+
Anardan  pul verməyən yazıçılara   XƏBƏRDARLIQNoyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Yazıçılar Birliyinin Plenumu keçirilib.
Manevr.az xəbər verir ki, birlikdən lent.az-a verilən xəbərə görə, mərasimi Xalq yazıçısı, AYB-nin sədri Anar açaraq yazıçıların XIII Qurultayının keçirilməsinə göstərdiyi diqqətə və yaratdığı şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edib.
Sonra Anar müəllim Qurultayda seçilmiş katibləri, İdarə heyətini, təftiş komissiyasını, Ağsaqqallar Şurasını, seksiya və bölmə rəhbərlərini təbrik edib.
AYB sədrinin müavini, Mətbuat şurasının sədri Rəşad Məcid qurumun ədəbi orqanlarına təklif olunan Baş redaktorların və redaksiya heyəti üzvlərinin adlarını açıqlayıb. Təkliflər nəzərə alınmaqla AYB İdarə heyəti üzvlərinin yekdil səsverməsi şəraitində ədəbi orqanların Baş redaktorları və İdarə heyəti üzvləri təsdiq olunub.
Sonra Anar müəllim AYB katiblərinin iş bölgüsünü açıqlayıb. Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Əhmədovun Plenumun işində iştirakını nəzərə alaraq “Yazıçı” Nəşriyyatının yenidən fəaliyyətə başlamasına dövlət səviyyəsində köməklik göstərilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda AYB sədri gələcəkdə həyat keçiriləcək vacib məsələlərdən söz açıb. Qeyd edib ki, Ağsaqqallar Şurası ilə Gənclər Şurasının birgə iclasının keçirilməsini vacib hesab edir. Sonra Anar müəllim gələn il “Azərbaycan” jurnalının 100 illik yubileyinin qeyd olunacağını nəzərə alaraq bu barədə ölkə başçısının xüsusi Sərəncam imzalamasına ehtiyac duyulduğunu da ifadə edib.
Anar yazıçıların üzvlük haqqı sahəsində olan problemlərlə bağlı diqqətə çatdırıb ki, müəyyən səbəbləri nəzərə alaraq ötən illərin borclarının silinməsini təklif edir: “Ancaq növbəti ildən ilk 6 ayda üzvlük haqqı ödəməyənlərə xəbərdarlıq edilsin, bir il ərzində ödəməyənlər isə qurumun üzvlüyündən azad olunsunlar“.
AYB katibi Səlim Babullaoğlu “Dünya ədəbiyyatı” dərgisinin Yazıçılar Birliyinin orqanı kimi fəaliyyət göstərilməsinin vacibliyini bildirib və xahiş edib ki, bunun üçün büdcə vəsaiti ayrılmasına kömək edilsin.
AYB Gənclər şurasının sədri Fərid Hüseyn Vaqif Səmədoğlu adına şeir ödülünün təsis edilməsi, politoloq Elçin Mirzəbəyli vətənpərvərlik mövzusunda yaradılan əsərlərin keyfiyyətinə diqqət yetirilməsi təklifləri ilə çıxış ediblər.
Məhərrəm Əhmədov səsləndirilən fikirlərə münasibətini açıqlayıb.
AYB sədri Anar plenumun işini yekunlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar