Xəbər lenti
Xərçəngdən dünyasını dəyişən aktrisanın bacısı: “Üsyan edirmiş kimi rəqs elədi”
Kinoşünas Sədaqət Kamal ötən ay dünyasını dəyişən bacısı, aktrisa Fərqanə Quliyeva ilə bağlı paylaşım edib.
Manevr.az xəbər verir ki, bacısının fotosunu sosial şəbəkədə paylaşan kinoşünas bunları yazıb:
“Fərqanəm və oğlu Cavidanımla toyda. Bu toyda Fərqanə rəqs meydanından çıxmaq istəmədi, sanki xəstəliyə üsyan edirmiş kimi, "Sən ey xərçəng, ölsən də öldürə bilməzsən məni" rəqsi edirdi. Bir il yaşadı bu toydan sonra. Bakı.2021”.
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.
1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Fərqanə Quliyeva “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə “Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982, Qarayanız qız), “Qaladan tapılan mücrü” (1982, Qaraçı), “Tilsim” (2005, Pakizə), “İki yad adam” (2017, qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb.
Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin, Rusiya) serialında rol alıb.
Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Mədə xərçəngindən əziyyət çəkən aktrisa bu il sentyabrın 23-də vəfat edib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar