Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Kimin sədr olacağını qurultayda görəcəyik" - Anar

Tarix: 25-10-2022 17:34     Baxış: 3572 A- / A+
“Kim sədr seçilsə, onu ürəkdən təbrik edəcəm” - Anar
Azərbaycan Yazıçılar Birliyi (AYB) növbəti qurultayına hazırlaşır. 26 oktyabr saat 10:00-da Akademik Milli Dram Teatrında keçiriləcək qurultay öncəsi əsas müzakirə mövzusu AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayevə kimlərin rəqib olmasıdır. 
 
Bundan öncəki xəbərlərdə Xalq yazıçısı Çingiz Abdullayevin AYB sədri postuna namizəd olacağı, hətta onun sədr seçiləcəyi iddia edilirdi. Digər məlumatlarda isə gənc yazarlardan birinin sədr postuna gətiriləcəyi vurğulanırdı.
 
Deyilənə görə, yazıçı Anar namizədliyini irəli sürsə də, növbəti müddətdə sədr seçilib-seçilməyəcəyinə əmin deyil. 
 
Manevr.az xəbər verir ki, Modern.az-ın əməkdaşı qurultay ərəfəsində gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin özü ilə əlaqə saxlayıb. 
 
Qurultaya hazır olduğunu deyən Xalq yazıçısı rəqiblərini tanımadığını söyləyib:
 
"Mən digər namizədlərin kim olduğunu bilmirəm. Prosesi izləmirəm. Ancaq hər kəsin namizəd olmaq hüququ var. Kim istəyir, namizəd olsun. Beləliklə, kimliyindən asılı olmayaraq seçkidə iştirak edib, qazanan şəxsi səmimi qəlbdən təbrik edəcəyik".
 
AYB sədri yazıçı Çingiz Abdullayevin namizəd olmayacağını sözlərinə əlavə edib: "Çingiz Abdullayev özü belə bir fikri olmadığını, seçkidə iştirak etməyəcəyini bildirib".
 
Anar yenidən sədr seçilməsi məsələsinə gəlincə, "kimin sədr olacağını qurultayda görəcəyik" deyib.
 
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir. Hazırda 84 yaşı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar