Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının ən bahalı müğənnisi - Rusiyada toy tutmaq niyə sərfəlidir?

Tarix: 15-10-2022 11:07     Baxış: 3536 A- / A+



Rusiyaya köçən müğənni Afət Fərmanqızı yaradıcılığı ilə bağlı danışıb.
Manevr.az xəbər verir ki, fikirlərini Musavat.com-a bildirən müğənni Rusiyadakı toy bazarından xeyli razı qaldığını deyib. "Buradakı işim Azərbaycandakından xeyli əladır, vəziyyətimdən çox razıyam. Rusiyada müğənniyə çox yüksək səviyyədə qiymət verilir. Burada hər kəs böyük-kiçik yerini bilir. Bilsəydim, Rusiyaya çoxdan köçərdim. Qonorara gəldikdə isə Azərbaycandakı üç toyun qiymətini burada bir toydan götürmək olur".
Bəs başqa daha hansı azərbaycanlı müğənnilər Rusiyada çörək qazanır? Afət Fərmanqızı düzmü deyir? Doğrudanmı Azərbaycanda müğənniyə az dəyər verilir? Bakıda hazırda ən bahalı toy müğənnisi kimdir?
Xatırladaq ki, bundan öncə də Rusiyaya qazanc dalınca gedən bir neçə müğənnimiz oradakı toy qiymətlərindən razılıq edib, sənətçilərə böyük dəyər verildiyini bildirmişdi. Onların arasında Rusiyada biznes quranlar da var. Məsələn, Əməkdar artist Könül Kərimova ötən il bu mövzuda açıqlama verərkən bildirmişdi ki, Rusiyadakı toylar Azərbaycandakından daha bahadır: "Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".
Müğənni bu açıqlamasının ardından sosial şəbəkədən Moskvada biznes qurduğunu, orada xına evi açdığını bəyan etmişdi.
Müğənni Rəqsanə isə artıq uzun müddətdir ki, Rusiyada yaşayır. Sənətçi ötən il pandemiya səbəbindən Rusiyaya üz tutan həmkarlarına qısqanclıqla yanaşaraq, bir neçə dəfə qalmaqallı açıqlamalar vermiş, Rusiyaya gələn bəzi sənətçilərin "göyərti qiymətinə" toy tutduğunu və yaxud qeyri-əxlaqi hərəkətlər etdiyini bildirmişdi. Onun bu cür açıqlamaları elə həmkarları tərəfindən tənqid edilmişdi.
İki ilə yaxındır ki, oğlu ilə birlikdə Rusiyaya köçən Fədayə Laçın da bu ölkənin toy bazarına daxil olmaqla yanaşı, həm də özünə biznes quraraq, restoran açıb. Müğənni televiziya proqramlarının birinə verdiyi açıqlamasında bildirmişdi: "Əlhəm üçün restoran açdım. Dedim ki, onun da bir işi olsun. Əlhəm filoloqdur. Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm. Buna görə də biznesdən başlayaq. Əlbəttə, özüm üçün də belə məkan lazımdır, məşqlər edirəm. Məclislərimiz də, konsertlərim də burada olur".
Eləcə də Tacir Şahmalıoğlu, Zemfira İbrahimova, Üzeyir Mehdizadə, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Əməkdar artist Mətanət İsgəndərli, Nadir Qafarzadə pandemiya dövründə qazanc dalınca tez-tez Rusiyaya gedən sənətçilərdir.Bir müddət Rusiya toy bazarına qatılan müğənni Pərvin Səfərov Rusiyada sənətçilərimizin qazancı, ən bahalı müğənninin kim olması, kimlərin monopoliya yaratması haqda gizlinləri "Yeni Müsavat"a bölüşüb: "Bəli, doğrudan da Rusiyada toylarda yüksək məbləğ verirlər. Məsələn, adi Bakıda 100 manata oxuyanlar Rusiyada 3 dəfə artıq, 300 manat alır. Amma düşünməyin ki, Rusiyaya qazanc dalınca gedən kimi səni toya salırlar, bunun üçün mütləq ya çox tanınan olmalısan, ya da oradakı musiqiçilərlə əlaqədə olmalısan. Bir də ki, oradakı monopoliya məsələsi Bakıdakından daha güclüdür. Bildiyiniz kimi, mən pandemiya dövründən əvvəl ora getmişdim və pandemiya düşən kimi sənətçilərimiz ora axın etdilər. Bu zaman arada rəqabət, qisqanclıq, paxıllıq böyüdü. Xatırlayırsınızsa, müğənni Rəqsanə Bakıdan gedən müğənniləri "gözü götürmürdü". Çünki gənc müğənnilər ondan və digərlərindən daha yaxşı qazanc əldə edirdi. Nəticədə Rəqsanə həmin müğənnilər barəsində qeyri-etik ifadələr işlətdi, bəzən isə şər-böhtan atdı.
Orada daha bir məsələ var, bəzən görürsən ki, Azərbaycanda heç cürə tanınmayan bir müğənnini elə təqdim edirlər ki, şoka düşürsən. Təbii ki, bunun üçün səni təqdim edən adamı yaxşı "görməlisən". Yəni güclü monopoliya var. Bəzi müğənnilərimiz restoranların administratorlarına və yaxud musiqiçilərinə əvvəldən pul, şirinlik verir ki, toy olanda onu çağırsınlar. Hazırda isə Rusiya toy bazarında durğunluq var. Ora qazanc dalınca gedən, hətta biznes quran sənətçilərimiz artıq Bakıdadır, işlərini burada qurmağa başlayıblar. Məsələn, Rusiyada Fədayə Laçın kimi sənətçi indi toylara getmir, yalnız ayda 1-2 toy olar, ya olmaz. Biznesini isə artıq təhvil verib, restoranı daha yoxdur".
Pərvin Səfərov Rusiyada daha çox qazanan və tələb olunan müğənnilərin kimliyini də açıqlayıb: "Orada daha çox Gürcüstan azərbaycanlıları və yəhudilər azərbaycanlı sənətçiləri öz toylarına dəvət edirlər. Məsələn, hazırda Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Vəfa Şərifova tələb olunan müğənnilərdir ki, onlar da demək olar ki, Gürcüstan azərbaycanlılarının toyuna gedir. Rusiyada daha çox musiqiçilərlə deyil, gərək camaatın özü ilə əlaqədə olasan. Çünki qeyd etdiyim kimi, onlar yalnız onlarla işləyən, əlaqədə olan müğənniləri çağırırlar".
O ki, qaldı hazırda Bakıda ən bahalı toy müğənnisinin kim olmasına, hazırda müğənnilərin təxmini toy qiymətləri aşağıdakı kimi qeyd olunur. Onu da əlavə edək ki, bu qiymətlər bütöv toyun aparılmasına aiddir: Vasif Məhərrəmli - 10 min, Sevda Yəhyayeva - 9 min, Nurlan Əzizbəyli - 5 min, Brilyant Dadaşova -15 min, Tünzalə Ağayeva - 15 min, Zamiq - 10 min manat, Nuri Sərinləndirici - 16 min, Abbas Bağırov - 16 min, Faiq Ağayev - 15 min, Nadir Qafarzadə - 10 min, Xatirə İslam - 10 min, Samir Piriyev - 9 min, Xatun - 7 min manat.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar