Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xurşibbanu Natəvan – 190

Tarix: 07-10-2022 19:33     Baxış: 3489 A- / A+
  Şuşanın təbiəti gözəlliyi ilə qonaqlarını heyran etməkdəydi. Dolanbac yolları qalxdıqca, Xan əmi sanki qonaqlara və sürücüyə xəbərdarlıq edirdi: “Şuşanın dağları başı dumanlı...” 
Yağış yollara su səpib ermənilərin sonuncu izini yuyurdu ki, Natəvana təmiz təhvil versin. 
         Bu payız havasında Şuşa olduğu kimiydi. Hamı duman, çiskin, yağış qarışıq təmiz havanı içinə çəkirdi. 
Şuşa həmişəki kimi yol yorğunluğunu unutdururdu. Şuşanı ilk dəfə görənlərin demək istədiklərini baxışlarından və həyacanlarından anlamaq olurdu. 
 
“Sən necə gözəlsən,
Gözəl, ay Şuşam...”
 
   Şuşanın gecəsində yatmaq olmur. Gecə adamı xatirələr, xəyallar qoynuna alır. Şuşanın sakit, yarı işıq, yarı qaranlıq halını gözünə köçürürsən. Ruhun təmizlənir.
   Şuşa adamı rahatladığı qədər də düşünməyə vadar edir. Olub-keçənləri, başıbəlalı Qarabağın – Şuşanın yaşadıqlarını gecənin sükutunda vərəqləyirsən.
 
***
                                                                                        Dilbəra, dərdi-dilimdən belə ünvan etdim
Ki, qəmi-hicrdə dil mülkümü viran etdim. 
 
   1844-ildə Qafqaz canişini Qarabağ xanlığında öz arzularını həyata keçirmək üçün Qarabağ xanının son varisi olan Xurşidbanu vasitəsi ilə iqtisadi təzyiqlər göstərməyə başlayaraq xanlığa məxsus yerlərdən bir çoxunu dövlətin xeyrinə müsadirə etdi. “Xan kəndi”ndə alay yerləşdirdi.
   Arzuolunmazları, təsəvvürə gətirilməyənləri yaşamaq çox ağırdı. Məcburən yaşamaq insanı ömrü boyu sıxır. Bu ən sadə adama belə təsir edirsə, görün qayğılar içində yaşayan Xan qızına necə təsir edib.
Canişinin iqtisadi və siyasi təzyiqləri Xan qızının keçməkeşli həyatından da yan keçmədi. 
 Natəvanın qəzəllərindəki ağrı təkcə oğullarının ağrısı deyil, orda Qarabağ xanlığının və öz taleyinin acı yanğısı da var.
  Üstündən iki əsr keçməsinə baxmayaraq Natəvan indi də o hissləri yaşayır. Yenə Xankəndində rus ordusu yerləşir (adını nə qoysalar da). 
  İndi Natəvanın üzünün Şuşaya baxan tərəfi gülür. Xankəndinə baxan tərəfi isə kədərlidir. Amma Natəvan da inanır ki, üzünün tam güləcəyinə az qalıb. 
 
                            Atasızlıq, böyüksüzlük qızlar üçün çox çətindi. Hətta Xan qızı olsan belə.
 
***
        Bu gün Şuşa başqa ovqatdadır. Şəhər sözə, musiqiyə köklənib. Natəvanın 190 illiyinin qeyd edildiyi gün adına uyğundur. Günəş onun ruhuna öz istiliyini qatmaq istəyirdi. 
“Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?” - söyləyən Natəvan doğma insanların üzündəki təbəssümü görüb sevinirdi.
   Səsi Xankəndinə çatan muğam səsinə, qərənfil sözünə Natəvanın heykəlindəki güllə yerləri sağalmağa başlayırdı.
   Natəvandan, Nəvvabdan, Zakirdən, Bülbülcandan, Məşədi İsidən, Məşədi Məmməd Fərzəliyevdən, Keçəçioğlu Məhəmməddən, Sadıqcandan, Üzeyir bəydən, Məcid Behbudovdan, Cabbar Qaryağdıoğludan, Bülbüldən, ... danışıldıqca Şuşa mənən yaşayırdı.
 
    “Məclisi-üns”ün sədalarında, çıxışlarda Xurşidbanu Natəvan adını eşitdikcə heykəl dodaqlara təbəssüm qonurdu.
     Məclisin iştirakçıları Natəvanı yenidən tanıdılar. Ona olan hörmət və ehtiram daha da artdı. Bilmədiklərini bildilər, eşitmədiklərini eşitdilər. İnsan özününkünü yaxşı mənada tanıdıqca qürur duyur. 
    Bu gün Natəvan hamı üçün şair, rəssam, xeyriyyəçi, ictimai xadim və istənilən səviyyəli qonağı qarşılayan, danışıqlar aparan, fikir mübadiləsi edən yenə həmin Azərbaycan qadınıdı. Hər kəs bir üzündə ağrı, o biri üzündə sevinc olan Natəvana baxıb bu qədər ağrıyla, itkiylə bərabər qurmaq-yaratmaq eşqli, insanlara mənəvi ruh verməyin bir xanımda necə cəmləşdiyini anlamağa çalışırdı. 
   Hamımız tarixə səyahət edib qayıtdıq. Mümkünsüzlüyün mümkünlüyünü görərək.
        
   “Məclisi-üns”ün səsinə Xan qızının dağıdılmış evinin sökük divarlarında bitən ağaclar əl çalırdı. Natəvan bulağının suyunun şırıltısı məclisin ahənginə uyğun artıb-azalırdı. 
     Şuşanı gəzib gələn insanlar Natəvan bulağının suyunda rahatlıq tapırdılar. Ana əlindən tökülən suda rahatlıq tapan kimi. 
     190 yaşlı Xurşidbanu Natəvan adama gah 19, gah 90 yaşında görünürdü.   
 
Rəfail Tağızadə
   Şuşa. 8-9 sentyabr 2022-ci il



 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar