Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aktrisa vəfat etdi

Tarix: 22-09-2022 13:18     Baxış: 4643 A- / A+
Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.
Bu barədəİttifaqdan bildirilib.
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. Kitabxanalarda, teatrlarda dünyagörüşünü zənginləşdirib ki, bütün bunlar da sonralar ona pedaqoji fəaliyyətində çox kömək edib.
1970-ci illər Azərbaycan kinosunun ən qaynar dövrünə təsadüf edir. O vaxta qədər artıq kinomuz yetərincə öz sözünü demiş, önəmli sənət nümunələri yaratmış və kino üçün yetişdirilən aktyor nəsli artıq filmdən-filmə inkişaf mərhələsinə qədəm qoymuşdular. Artıq kino üçün yeni nəsil aktyorların yetişdiriləməsinə ehtiyac var idi. Bu da o deməkdir ki, kinoda tanınmış, qəhrəman obrazlarında gördüyümüz aktyorlar həmin rolların estafetini yeni nəsil gəncliyə ötürməli idi. Məhz həmin ərəfədə bir qrup gənc Moskvada tənsil aldı, böyük təcrübə keçdi və Azərbaycan kinosuna üz tutdu. Onlardan biri də aktrisa Fərqanə Quliyeva idi.
F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.
O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Allah rəhmət eləsin!

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar