Xəbər lenti
Şair-jurnalist Nisə Heydərli doğum günündə anıldı - ŞƏKİLLƏR

Gecəni giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti Rafiq Oday açmış, Nisə xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur. R.Oday Nisə xanımın əsərlərindən, çap olunmuş kitablarından ibarət sərgi ilə tədbir iştitakçılarını tanış etmiş, onun çoxşaxəli yaradıcılığı haqqında geniş məlumat vermişdir.


Təəssüf hissi ilə qeyd olunmuşdur ki, əgər yaşasaydı, bu gün bu gözəl insanın, istedadlı şairənin, əzmkar və məhsuldar jurnalistin, geniş ürəkli, saf qəlbli, üzündən heç vasxt təbəssüm əskik olmayan dəyərli ziyalının xatirə gecəsi yox, 55 illik yubileyi qeyd olunacaqdı.
Tədbir boyu Nisə xanım Qədirovanın şeirləri bədii qiraət olunmuş, haqqında yazılmış şeirlər səsləndirilmişdir.
Qərara alınmışdır ki, qarşıdakı günlərdə şairənin Şabran rayonunun Qalacıq kəndindəki məzarına ziyarət təşkil olunsun.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!
Manevr.az



























Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar