Xəbər lenti
Dövlət kinostudiyaları “Azərbaycanfilm”ə birləşdiriləcək - EKSKLÜZİV

Bunu apa-nın sorğusuna cavab olaraq “Azərbaycanfilm” kinostudiyasından bildiriblər.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovun sözlərinə görə, bu islahatlar çərçivəsində digər 6 dövlət studiyası "Azərbaycanfilm" ətrafında birləşəcək: “Bu ilin əvvəlinə qədər Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycanfilm”, “Salnaməfilm”, “Debüt”, “Azanfilm”, “Mozalan”, “Dublyaj” və “Yaddaş” studiyaları mövcud idi. Bu studiyaların artıq bir çoxu istehsalatda olan layihələrini təhvil veriblər və faktiki olaraq fəaliyyət göstərmirlər. Agentliyin strukturu tam şəkildə açıqlandıqdan sonra, kino sahəsində sürətli və effektiv iş mühitini təşkil etmək üçün digər studiyaların funksiyalarının struktur bölmələri şəklində “Azərbaycanfilm” kinostudiyası nəzdində davam etdirilməsi planlaşdırılır. Belə ki, hazırda olduğu kimi, dövlət sifarişi ilə audiovizual məhsulların istehsalı “Azərbaycanfilm” kinostudiyasında aparılacaq. Nəzərdə tutulan struktur formasının hansı şəkildə reallaşacağı isə Kino Agentliyi fəaliyyətə başladıqdan sonra tam bəlli olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar