Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşanın dağları, başı dumanlı" bədii-sənədli filmi yayıma hazırdır - ŞƏKİL

Tarix: 01-07-2022 17:16     Baxış: 3636 A- / A+
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Briliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşanın dağları, başı dumanlı” adlı layihə çərçivəsində film çəkilişlərini başa çatdırıb.
Manevr.az xəbər verir ki, bu barədə İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva bildirib. O qeyd edib ki, layihə üzərində üç aydan çox iş gedib. O, bədii-sənədli filmin ərsəyə gəlməsində Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımını, layihənin ərsəyə gəlməsində agentliyin tövsiyyələrini xüsusi vurğulayıb. Eyni zamanda layihənin reallaşmasında agentliklə yanaşı İctimai Televiziya və Radio Yayımları Şirkətinin xüsusi əməyi olduğunu qeyd edib. Belə ki, teleşirkət nəinki filmin çəkilişləri üçün texniki dəstək göstərib, həm də filmin çəkilişlərinə peşəkar aktyorların cəlb edilməsinə, eləcə də kütləvi səhnələrin quraşdırılmasına vəsait ayırıb.

Film Şuşa şəhərinin salınması tarixindən bəhs edir, bu tarixin keşməkeşli səhifələri vərəqlənir. Ayrı-ayrı dövrlərdə Şuşaya hücumlar, bu hücumlar nəticəsində şəhərin üstünü alan qara biludlar xüsusi qabardılır.

Filmdə Şuşanın salınma tarixi ilə bağlı arxiv sənədlərinə, eləcə də bir çox məşhur rus və ingilis tarixçilərinin əsərlərinə istinad olunur.

“Şuşanın dağları, başı dumanlı” bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədli, quruluşçu operatoru İsmayıl Eyvazi, quruluşçu rəssamı Valeh Davudov, geyim üzrə rəssamı Şahin Həsənlidir.

Layihənin elmi məsələhətçisi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

“Şuşanın dağları, başı dumanlı” bədii-sənədli filmi yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq./koordinat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar