Xəbər lenti
Nailə İslamzadə AzTV-dən niyə gedib? - Özü açıqladı - VİDEO
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Nailə İslamzadə öz xarakterindən danışıb: "Güclü deyiləm, ağlamaq istəyəndə ağlayıram. Amma öz ağırlığımı başqalarının üzərinə atmaq istəmirəm. Hərənin öz dərdi var. Mən də onların öhdəsindən çox gözəl gəlirəm. Çünki Allaha inanıram. Həyatda çox ağır imtahamlarım olub. Bəzən elə olub ki, Moskvada xəstəxanada ancaq Allahla danışmışam. Həkimlər mənə deyirdilər ki, belə olmaz. Mən deyirdim ki, belə olmalıdır. Həkimlərlə mübarizə apararaq öz sözümü yeritdim. Axırda da Allah məni mükafatlandırdı".
Nailə İslamzadə pandemiyaya görə anasını son nəfəsinə çata bilmədiyini açıqlayıb: "Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurub dedilər ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Bakıdan Balakənə çatana qədər anam rəhmətə getdi".
AzTV-də on il "Ailələr, talelər" verilişinin aparıcısı olan Nailə İslamzadə televiziyadan getmək səbəbini də bildirib: "Ərizəmi yazıb çıxdım. O vaxt mənə paxıllıq edən insanları bağışlamışdım, indi hamısının mənimlə münasibəti yaxşıdır. Arxadan danışırlar. Arxandan danışırlarsa, deməli, sən onlardan irəlidəsən. Sadəcə olaraq onlarla görüşmürəm. Görüşəndən-görüşənə qədər də nəsə deyiblər. Üzlərinə vurmuram. Səni geri çəkmək istəyənlərə cavabını özünün daha yaxşı işlərinlə verməlisən".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar