Xəbər lenti
SDU kollektivi “Burdan min atlı keçdi” tamaşasını izlədi

Qeyd edək ki, tamaşadakı hadisələr 1968-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. Pyesdə əzəli türk torpaqları olan Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti, bütövlükdə azərbaycanlıların on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizə qələmə alınıb. Xalqımızın qüdrətli oğlu Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi və Moskvada sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı Ermənistan rəhbərliyinin yeritdiyi davamlı milli basqı siyasətinə qarşı mübarizəsinə hərtərəfli dəstək verməsinin səhnə təcəssümü olan bu pyes kollektivimiz tərəfindən diqqətlə izlənildi.
Bütün həyatını Odlar Yurdu Azərbaycanın inkişafına, tərəqqisinə, milli dövlətçilik ənənələrinin qorunmasına və maddi-mədəni irsinin dünyada təbliğinə həsr edən Ulu öndər Heydər Əliyevin qüdrətli şəxsiyyəti, çoxşaxəli fəaliyyəti daima yaradıcı insanların ilham mənbəyinə, yaradıcılıq çeşməsinə çevrilib.

Cənab Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri onun Qərbi Azərbaycanla bağlı düşüncələrini, yürütdüyü siyasətin mahiyyətini özündə ehtiva etməklə, həmin tarixi bir daha gözlər önündə sərgilədi.
Çoxsaylı elmi-publisistik yazıları, poeziya nümunələri, roman və povestləri, dram əsərləri ilə təkcə ölkəmizdə deyil, ondan kənarlarda da tanınıb sevilən yazıçı, Əməkdar incəsənət xadimi, diplomat, ictimai-siyasi xadim Hidayət Orucovun Heydər Əliyevin irsini, şəxsiyyətini, çoxşaxəli fəaliyyətini əks etdirən əsərləri, sırasında “Burdan min atlı keçdi” kitabının xüsusi yeri var.
Tamaşada bütün hadisələr səhnədə asılmış, hər guşəsindən qədim yer adlarımızın boy göstərdiyi Qərbi Azərbaycanda bolşeviklərin XX əsrdə yaratdığı dırnaqarası Ermənistanın xəritəsi önündə baş verir. Bu da səbəbsiz deyil: pyesin konfliktinin əsasında Ermənistan rəhbərliyinin həmin xəritənin əks etdirdiyi Azərbaycan milli varlığının axırına çıxmaq siyasətinə qarşı soydaşlarımızın dirənişini və Ümummilli lider Heydər Əliyevin bütün mümkün üsullarla bu mübarizəni himayə etməsi dayanır.
Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmovun, rəssam Vahid Mirzəliyevin, musiqi tərtibatçısı Çingiz Xəlilovun və rejissor assistenti İmaməli İmaməliyevin birgə yaradıcı işi pyesin mətnində ifadə olunmuş tarixi həqiqətin çağdaş tamaşaçıya inandırıcı surətdə çatdırılmasını təmin etmişdir. Azərbaycanın rəhbəri Heydər Əliyevin parlaq obrazını teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İxtiyar Piriyev peşəkarlıqla yaratmışdır. Ulu Öndərin bənzərsiz, xarizmatik obrazının zahiri və daxili incəliklərini yerli-yerində ifadə etmək üçün aktyorun mürəkkəb yaradıcılıq axtarışları olduqca uğurlu alınmışdır.

Bu il 60 illik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Universitetinin taleyində çox unudulmaz anlar olub. Onlardan biri də Sumqayıt Dövlət Dram Teatrında İrəvan Dram Teatrının kollektivinin təqdim etdiyi “Burdan min atlı keçdi” əsərini seyr edərkən yaşandı.
Biz tarixi həm də ədəbi-bədii əsərlərdə əbədiləşdirən qüdrətli və istedadlı xalqın nümayəndələriyik. Xoş təəssüratlarla ayrıldığımız tamaşada bu unudulmaz anları yaşadan səhnə ustalarına, görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, diplomat cənab Hidayət Orucova təşəkkür edir və yaradıcılığında uğurlar arzulayırıq!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar