Xəbər lenti
Şamaxıda Sabirin 160 illik yubileyi keçiriləcək

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan verilən məlumata görə yubiley mərasimi Şamaxı rayon İcra Hakimiyyəti ilə birgə keçiriləcək. Tədbirin keçiriləcəyi vaxtı və proqram isə Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə razılaşmadan sonra müəyyən ediləcək. İnstitutdan bildirblər ki, tədbirin təşkili barədə Şamaxı Rayon İcra Hakimiyyətinə məktub göndərilib.
İnstitutdan onu da bildiriblər ki, dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yubiley tədbirlərinin respublikanın müxtəlif regionlarıda keçirilməsi nəzərdə tutulur. Artıq görkəmli satirik şairin adını daşıyan Sabirabad rayonunda belə bir tədbir keçirilib.
Xatırladaq ki, Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Şamaxı şəhərində anadan olub, 1811-ci ilin iyulunda orada vəfat edib. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İsmayıl İmanzadə
KƏRAMƏT
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar