Xəbər lenti
Bir səsin sehrində...

Mən isə qeyd etmək istəyrəm ki, “Bir səsin min sehrində” və ya ruha yatan, bənzərsiz səsin ahəngində sevilən vokalçı. O, ürəkdən, duya-duya, yana-yana oxuyur. Çünki onun səsində həyat var, sevgi var, saf duyğular var. İçimdən gələn daxili bir inam mənə deyir ki, Afətxanım istəsəydi dünyanın böyük səhnələrini, ən tələbkar dinləyicilərinin ürəklərini fəth edərdi. Lakin o, taleyini doğma Sumqayıta bağladı, burada sənət sirrlərini yeni nəslə aşıladı sidq ürəkdən. O sadəcə vokalçı deyil, həm də sənətini sevən pedaqoqdur. Öz səsi ilə hamını məftun etməklə bərabər musiqi sənətimizin rövnəqlənməsinə də bəhrəsini verir. Bu günlərdə ömrünün 55-ci baharına qovuşdu, yubiley konsertini S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində yüksək səviyyədə təşkil edərək tamaşaçılarını bir daha səs adlı xilqətin gücü qarşısında ram etdi. Onunla həyat və yaradıcılığı ilə bağlı xeyli səmimi söhbət etdik. Sadə və təvazökar olan bu xanıma hörmət və rəğbətim ilk danışığında artdı. Öyrəndim ki, indiki Şabran rayonunda anadan olub. 1995-ci ildə Bakı Musiqi Akademiyasını vokal ixtisası üzrə bitirib. Xalq artistləri Fidan və Xuraman Hacıyeva bacılarından dərs alıb, mənəvi qidalanıb. Digər sənət müəllimi xalq artisi Mürsəl Bədirov olub. Müəllimlərindən aldığı sevgini hazırda yetirmələrinə həvəslə ötürür. 3 oktava səsə malikdir. Təyinatla 5 il H.Ərəblinski Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1988-ci ldə şəhərimizdə qızlardan ibarət vokal qrupu yaradıb. Bir zaman çox əziyyət çəkib sənətini qeyri-adi qarşılayanlara qavradana, sevdirənə qədər. Səs tembrinin imkanları çox genişdir. Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romanslarını, “Arşın mal alan”da Gülçöhrənin mahnılarını məharətlə ifa edib. Sumqayıtda ilk vokal sinfinin açılmasının təşəbbüskarı olub və buna nail olub. 20 ildə yetirmlərinin sayını artıq itirib. Əksəriyyəti bu gün professional sənətlə məşğuldur. Çox gözəl səsə malik tələbəsi Fəhmin Əhmədli Opera və Balet Teatrının solistidir. Əli Əliyev, Riyad Cəbrayılov, Ramin Bayramov, Rübabə Cəbrayılova, Orxan Rəcəbov, Şaiq Çələbi, Şahin Qədirov, Günel Əliyeva, Nuranə Bahəddin, Kənan Qədimov, Orxan və Günel Cəlilovalar, Natiq İsmayılov və bir çox başqalarının üzərində zəhməti çox böyük olub və onlar istedadları, mükəmməl ifaları ilə hazırda tamaşaçı zövqünü oxşayırlar. Öz dəsti-xətti, yolu olan Afət müəllimə bütün bilik və bacarığını şagirdlərindən əsirgəmir. Onların uğurlarında böyük əməyi vardır. Daim yeniliklər axtarışındadır.Yeganə qız övladı Laçın da böyük istedada malikdir və anasından bəhrələnib.

Allah səsinizi və özünüzü qorusun, gözəl vokalçı, peşəkar pedaqoq Afət Zeynalova!
İlhamə Məhəmmədqızı




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar