Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərovun atası dünyasını dəyişdi -oğul həsrətiylə

Tarix: 21-03-2017 15:12     Baxış: 21 911 A- / A+
Dilqəm Əsgərovun atası dünyasını dəyişdi


Bu gün günorta saatlarında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov vəfat edib.


Bu barədə Manevr.az-a əslən Kəlbəcərdən olan oxucumuz, şair Xəqani Həbiboğlu məlumat verib: "Dilqəm Ədgərovun atası Qardaşxan dayı oğul, torpaq həsrətiylə 81 yaşında dünyasını dəyişdi", deyə X. Həbiboğlu vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvarında Qardaşxan Əsgərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Həkimlər onun iflic olduğunu bildirmişlər.

Onu da vurğulayaq ki, Dilqəm Əsgərov 2014-ci ilin iyulun 11-də Kəlbəcərdə girov düşüb. Onunla birgə girov düşən Şahbaz Quliyev də hazırda həbsdədir. Ermənilər həmin vaxt onlarla birlikdə olan Həsən Həsənovu qətlə yetiriblər.

D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Qardaşxan Əsgərov sabah yaşadığı Şəmkir rayonunun Çinarlı kəndində dəfn olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar