Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Getmə, dost, ayrılığına tapşırma bizləri" -Sabir SAVANA yazılan şeir

Tarix: 19-03-2017 20:10     Baxış: 3803 A- / A+
"Getmə, dost, ayrılığına tapşırma bizləri"


Manevr.az Gülnarə Cəmaləddinin bu günlərdə dünyasını dəyişən şair Sabir Sarvana ithaf etdiyi şeirini təqdim edir:

Artıq 6- cı gündür ki, tərk eləmisən bizləri, boynubükük qoymusan dostları, doğmaları. Belə gedişmi olar? Gözəl, işıqlı xatirələr, bir də bizi ömür boyu yandıracaq şeirlər qalıb səndən əmanət dostlara və bu etibarsız dünyaya. Bu şeiri sənin işıqlı xatirənə ithaf edirəm. Sən cərgəmizdəsən, sıramızdasan, qəlbimizdəsən, gözəl dost!

***

Getmə, dost!

Ayrılığına tapşırma bizləri,

Bu sözdən elə çox qorxuram,

qorxuram

titrəyir dizlərim.

Bahardı

solanlar yenidən göyərir

gedənlər qayıdır

bürünüb ala, yaşıla

sən hara gedirsən bu bahar çağı?!

Getmə , dost!

Sındırma, sızlatma bizləri

dostları sındıracaq

sızladacaq qədər zalım deyildin,

deyildin axı,

tərk etmə bizləri.

Sus ölüm!

Kəs külək!

Evin yıxılsın, fələk

neynədin,

neynədin Sabir Sarvanı

Getmə , dost!

Ayrılığına alışdırma bizləri

bu sözdən elə çox qorxuram,

qorxuram titrəyir dizlərim.

Bahardı

solanlar yenidən cücərir

gedənlər qayıdır

bükülüb ala,yaşıla

bu bahar çağı

nolar

qəfil gedişinlə

yandırma

yandırma bizləri.

Gülnarə Cəmaləddin

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar