Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı ruslara və Rusiya vətəndaşı olan ermənilərə vəsiqələr verilməyə başlandı

Tarix: 19-02-2022 20:53     Baxış: 3320 A- / A+
Qarabağdakı ruslara və Rusiya vətəndaşı olan ermənilərə vəsiqələr verilməyə başlandı"Nə qədər ki, Xankəndində bayrağımız dalğalanmır, hələ çox belə xəbərlər eşidəcəyik..."

"Rus icmasının fəaliyyəti bir çox yerli erməniləri inandırıb ki, ruslar öz doğma Qarabağ torpağını tərk etmək fikrində deyillər və bununla da ermənilərin də Dağlıq Qarabağı tərk etmək planlarını dəyişdirirlər..."

""Bardovı" pasportlar"... Azərbaycan Respublikasının Qarabağ torpaqlarının bir hissəsindəki ermənilər "Qarabağın rus icması" üzvləri, eləcə də Rusiya Federasiyası vətəndaşları olan ermənilərə verilmiş vəsiqələri belə adlandırırlar.

Bu haqda erməni teleqram-kanalları məlumat yayıb.

"Burada məsələ heç də verilən mühasibat sənədlərinin rəngində deyil, Dağlıq Qarabağda rusların və Rusiya Federasiyası vətəndaşlarının siyahıya alınmasının təşəbbüskarı olan rus icmasının rəhbəri Aleksandr Bordovun imzasıdır.

Qeyd edək ki, rus diasporunun icmalarından birinin belə siyahıyaalınması tarixdə ilk dəfədir aparılır. A.Bordov Dağlıq Qarabağda həyata keçirilən "Rus dünyası" mədəni-maarif layihəsinin müəllifidir. Layihə çərçivəsində "Rusdilli cəmiyyət" yaradılıb. Cəmiyyətin himayəsi altında rus dili bütün istəyənlərə pulsuz öyrədilir, bədii və elmi monoqrafiyalar nəşr olunur. İcma bölgədə pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus icmasının fəaliyyəti bir çox yerli erməniləri inandırıb ki, ruslar öz doğma Qarabağ torpağını tərk etmək fikrində deyillər və bununla da ermənilərin də Dağlıq Qarabağı tərk etmək planlarını dəyişdirirlər"- üzdəniraq xəbərdə belə deyilir. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar