Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Fəzail Ağamalı: “Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!”

Tarix: 21-01-2022 09:12     Baxış: 4266 A- / A+


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev ötən gün keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib.
Manevr.az xəbər verir ki, məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibət bildirib. O, sabah, 21 yanvarda Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işləridən istefa verəcəyini bildirib.

AMEA-da yaranmış qalmaqala millət vəkili Fəzail Ağamalı da münasibət bildirib. O, bu barədə “Qafqazinfo”nun feysbuk səhifəsində şərh yazıb.
“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən “Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!” - deyə deputat AMEA rəhbərinə etiraz edib.ölkə.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar