Xəbər lenti
Şair Sabir SARVAN dünyasını dəyişdi

Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvan bu dün səhər saatlarında dünyasını dəyişib.
Manevr.az məlumat verir ki, Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1970-ci ildə Ağsu rayonunda çıxan “Birlik“ qəzetində ilk şeiri işıq üzü görüb.
1977-ci ildə Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-1980-ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1981-1987-ci illərdə Bakıda Tədris Teatrının aktyoru olub. 1988-1993-cü illərdə mətbuatda fəaliyyət göstərib, “Gənclik” jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədridir.
“Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.
Mərhum bu gün doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində torpağa tapşırılacaq.
Manevr.az-ın kollektivi dəyərli dost, istedadlı şair Sabir Sarvanın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar