Xəbər lenti
"Çox xoş hadisədir ki, Birinci vitse-prezident ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etdi" -Bəxtiyar Əliyev
"Çox xoş hadisədir ki, dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial qayğısı ilə, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk."
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu parlametin plenar iclasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bağçaların inşası və məktəbəqədər təhsilin təşkili ilə bağlı çox böyük işlər görülüb:
"Bu gün müzakirə edilən "Məktəbəqədər təhsil haqında" qanun layihəsi qəbul edilərsə, Bakı şəhərində təxminən 12 minə qədər uşaq məktəbəqədər təhsilə cəlb oluna bilər. Hesab edirəm ki, həmin işlərin həyata keçirilməsi üçün bu qanun layihəsi nə qədər tez qəbul edilsə, biz də bu işlərə bir o qədər tez öz töhfə verə bilərik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar