Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gizli razılıq əldə edilib: Zəngəzur Azərbaycana verilir - ŞOK İDDİA

Tarix: 13-10-2021 08:31     Baxış: 3286 A- / A+

“İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İlk baxışda absurd görünsə də, bu yanaşma məntiqlidir. İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər”.

Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekharinin “The Middle East Eye” qəzetində dərc edilən məqaləsində belə deyilir.

Fardin Eftekhari yazıb ki, İran Zəngəzura çıxış əldə edə bilməsə, Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq.

Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”.

Bu arada isə İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə yaxınlığı ilə tanınan “The Keyhan Daily” yazıb ki, Ermənistanın Sünik bölgəsi Azərbaycana veriləcək, Ermənistanın Qərbpərəst administrasiyası bu məsələ ilə bağlı Azərbaycanla gizli şəkildə razılaşıb.

Amerikadakı Corctaun Universitetinin iranlı alimi Şirin Hunter yazır:

“Əgər Türkiyə uzun müddət ərzində can atdığı ambisiyasına həyata keçirmək üçün Azərbaycanla birbaşa əlaqə yaratsa, bu, İranın Ermənistana girişini aradan qaldıracaq. Belə olduqda gərginliyin dərinləşməsi riski daha da artacaq”.

İranın baxışına görə, Türkiyə-Azərbaycan alyansının Süniki ələ keçirməsi, (fars-molla rejimi daha çox “xəritənin dəyişməsi” ifadəsindən istifadə edir) İranın geosiyasi baxımdan əlverişsiz vəziyyətə salacaq. Fardin Eftekhari yazır: “Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq. Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar