Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ayaz Mütəllibov: “Xankəndiyə də, Xocalıya da qayıdacağıq və...”

Tarix: 10-10-2021 20:33     Baxış: 4368 A- / A+

“Son zamanlar mən səhhətimlə məşğulam. Səhhətimdə müəyyən problemlər olduğu üçün sözün doğrusu, mətbuatı izləyə bilmirəm və proseslərə hər hansı münasibət bildirməkdən uzaqlaşmışam”.
Manevr.az xəbər verir ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri musavat.com-a açıqlamasında bildirib. Ev şəraitində müalicə aldığını deyən eks-prezident səhhətində problemlərin olmasına baxmayaraq, Qarabağ ətrafındakı mövcud durumla bağlı fikir söylədi. O qeyd etdi ki, imkan düşəndə dövlət başçısının Qarabağa səfərlərini izləyir, çıxışlarını dinləyir: “Prezidentin siyasəti tamamilə bəyənilir. Bu siyasət bütün problemlərin həllinə yönəlib. Ümidvaram ki, belə də olacaq”.
Bununla belə, sabiq prezident müəyyən məsələlərə görə ehtiyatlandığını da vurğuladı: “Bilirsiniz də, ermənilər çox məkrlidirlər. Amma hadisələri izləyirik, görək nə olacaq. İstənilən halda, gələcəyə inamla baxmaq lazımdır. Şəxsən mənim əminliyim var ki, biz bundan sonra da qələbə çalacağıq, buna şübhəm yoxdur. Xankəndiyə də, Xocalıya da qayıdacağıq və ermənilərin dedikləri sadəcə özlərinə qalacaq”. A.Mütəllibov hesab edir ki, Qarabağdakı ermənilərdən kimlərsə Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, o, burada yaşamaq hüququ əldə edəcək, əksi mümkün deyil.
Vaxtilə Qarabağda komsomol işçiləri olan S.Sərkisyan və R.Köçəryanın quldurluqla məşğul olduqlarını deyən A.Mütəllibov qeyd etdi ki, onun vəzifədə olduğu dönəmlərdə bu şəxslər heç vaxt ciddi qəbul olunmayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar