Xəbər lenti
Azərbaycanlı fəal Təbrizdə saxlanılıb - Dosye
Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Manevr.az xəbər verir ki, fəal martın 5-i yerli vaxtla saat 14 radələrində Təbrizin Abrəsan məntəqəsində bir avtobusda yaxalanıb. 4 İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) üzvü tərəfindən tutulan fəalın nədə ittiham olunduğu məlum olmasa da, onun həbs cəzasının qalan hissəsi ilə əlaqədar saxlandığı ehtimal edilir.
Xatırladaq ki, o, 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında ana dildə təhsil və milli zəmində şüarlar səsləndirdiyinə görə qardaşı Fərdin və daha bir neçə fəalla birlikdə yaxalanıb 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb. Murtaza Muradpur sonralar Təbriz İnqilab Məhkəməsində ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək və sistemin əleyhinə təbliğ etmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.
2015-ci il mayın 18-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yenidən yaxalanaraq Təbrizin mərkəzi zindanına aparılıb. 2016-cı il oktyabrın 25-də islam cəza qanununun 134-cü maddəsinin məhkəmə tərəfindən icra edilməməsi və bu barədə tələbinə baxılmamasına etiraz olaraq Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisinə məktub ünvanlayaraq aclıq aksiyasına başladığını elan edib. O nəhayət, 2016-cı il dekabrın 28-də 65 gün aclıqdan sonra anasının müraciətini və zindan şurasının tələbinin təmini ilə bağlı verdiyi vədi nəzərə alaraq aksiyanı dayandırıb. Fəal aclığa son qoyduqdan bir gün sonra sərbəst buraxılıb, o səhhətində yaranan problemlərə görə dərhal xəstəxanaya yerləşdirilib.
Azərbaycanlı fəalın təhlükəsizlik qüvvələri tərəfindən tutulmasının həmin dosye ilə bağlı olduğu ehtimal edilir, bu isə məhkəmə məsullarının çıxardıqları qərara əməl etmədiklərinə dəlalət edir.
Qeyd edək ki, islam cəza qanununun 134-cü maddəsinə əsasən bir neçə həbs qərarı ilə üzləşən məhkum onların toplamı deyil, lakin ən ağır cəzanı çəkməlidir. Bu maddəni və həbs cəzasının üçdə ikisindən çoxunu çəkdiyini nəzərə aldıqda M.Muradpur həbsxanadan azad edilməli idi, məhkəmə nəhayət 65 gün aclıq aksiyasından sonra onun tələbini təmin etdi. Əgər fəalın yaxalanması bu məsələ ilə bağlıdırsa, bu böyük qanunsuzluq olacaq.(BakiPost.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar