Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Siyasət Arif Rəhmizadənin, elm isə onun əleyhdarlarının fikrini qəbul edir" - Əsəd Cahangir

Tarix: 05-03-2017 20:14     Baxış: 3764 A- / A+
"Siyasət Arif Rəhmizadənin, elm isə onun əleyhdarlarının fikrini qəbul edir"

Son bir neçə gündü millət vəkili Arif Rəhimzadənin "Azərbaycanlılar türk deyil" fikri böyük mübahisə və müzakirə mövzusuna çevrilib. Müzakirələrin çoxluğu belə bir fikrin səsləndirilməsinin hazırkı zaman üçün heç də münasib olmadığını sübut edir. Deputatın fikrinə münasibət bildirməsi üçün Manevr.az-ın əməkdaşı tanınmış tənqidçi Əsəd Cahangirə bir neçə sual ünvanlayıb:

-Əsəd bəy, Siz necə düşünürsüz, səsləndirdiyi fikirlər doğrudanmı Arif müəllimin öz fikridir?

- Arif Rəhimzadənin öz fikri olan adam imici var. Məncə, bu Arif Rəhimzadənin öz fikridir, o öz adından danışır.

-İllərdir həm millət vəkili, həm komissiya sədri olması ona bütöv xalqın adından danışmaq səlahiyyəti verirmi?

- Məncə, Arif Rəhimzadənin bütün xalqın olmasa da, öz seçicilərinin adından danışmaq ixtiyarı var və hesab edirəm ki, bu onun haqqıdır.

- Bu müharibə şəraitində olan Azərbaycanın düşmınlərinin "dəyirmanına su tökmək" deyilmi? Ümumiyyətlə, belə bir açlqlama verməyə ehtiyac var idimi?

-Azərbaycan xalqının nicat yolu azərbaycançılıq ideyasındadır. Bu ideya dövlətin müstəqilliyi və stabiliyininin əsas qarantıdır. Çünki Azərbaycan çoxmillətli ölkədir və düşmənlər bu faktdan ölkədə qarışıqlıq yaratmaq üçün istifadə etməyə cəhd ediblər, edirlər və edəcəklər. Bu daha kəskin surətdə 90-cı illərdə üzə çıxdı. Yalnız Heydər Əliyevin parlaq siyasi dühası və uzaqgörənliklə irəli sürdüyü azərbaycançılıq ideyası ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Lakin bu, hələ problemin birdəflik həlli demək deyil. Rus politoloqu Aleksandr Duginin Azərbaycanda etnik qarşıdurma yaratmaqla bizi hədələməsi belə bir təhlükənin həmişə mövcud olmasından xəbər verir. Odur ki, bütün xalqları öz ətrafında birləşdirən azərbaycançılıq ideyasına ehtiyac böyükdür. Siyasi məntiq məhz bunu tələb edir.

- A.Rəhimzadə öz "şübhələrində" nə qədər haqlıdır? Ölkənin belə bir durumunda bu fikri səsləndirmək "zərurəti" haradan yaranıb?

- Bizim ən böyük problemimiz odur ki, Arif Rəhimzadənin siyasi məntiqlə dediklərinə, elmi-tarixi həqiqət məntiqi ilə yanaşırıq. Əslində isə hər iki tərəf öz məntiqində haqlıdır. Siyasət Arif Rəhmizadənin, elm isə onun əleyhdarlarının fikrini qəbul edir. İndiki müharibə şəratində, məncə, siyasi məntiqin diktəsi daha vacibdir. Çünki indiki vaxtın bir həqiqəti var - düşmənə qalib gəlmək. Azərbaycançılıq bu qələbənin ideoloji əsasıdır.

-Əsəd bəy, müsahibəmizin sonunda Manevr.az saytına nə demək istərdiniz?

-Öncə, maraqlı söhbət üçün sizə təşəkkür etmək istərdim. Manevr.az saytına isə belə ciddi, ümummilli, taleyüklü məsələləri müzakirəyə çıxardığı üçün oxucular adından minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, həmişə belə cəsarətli, obyektiv və operativ olsun.

-Çox sağolun, Əsəd bəy. Müsahibəyə görə təşəkkür edirik


Nailə Mirzə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar