Xəbər lenti
Sülhməramlıların qalma müddəti uzadılacaq – General Muradov

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib.
Manevr.az xəbər verir ki, bu barədə o, Mahaçqalada "Vətən Qəhrəmanlarının saatı” ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüş zamanı TASS-a bildirib.
"Mən Rusiya Federasiyası sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Qiymətləndirməni bizə mülki əhali verir – bu gün Qarabağda həyat tam sürətlə gedir. Əlbəttə, çox çətin məsələlər var, amma proses gedir - insanların geri qayıtması, bir sıra problemli məsələlərin həlli. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm”, - Muradov deyib.
O əlavə edib ki, Rusiya sülhməramlıları baş vermiş münaqişədən sonrakı 5 il Qarabağ ərazisində qalacaqlar: "İlk beş il - üç dövlətin başçıları tərəfindən imzalanan müqaviləyə əsasən. Sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılması ilə bağlı qərar qəbul olunacaq”, - deyə TASS-ın həmsöhbəti əlavə edib.
Qeyd edək ki, Rüstəm Muradov Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı komandanı vəzifəsində missiyasını sentyabrın 6-da başa vurub. General-mayor Mixail Kosobokov Rusiyanın bölgədəki sülhməramlı missiyasının komandanı təyin edilib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































