Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan Dəmir Yolları" və "Azəravtoyol" yenidən nazirliyə verilir - İSLAHAT

Tarix: 03-03-2017 21:12     Baxış: 4364 A- / A+
"Azərbaycan Dəmir Yolları" və "Azəravtoyol" yenidən nazirliyə verilir


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti sturuktur islahatları nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə keçə bilər.


Bir müddət öncə Nəqliyyat Nazirliyinin tərkibində olan hər iki qurum - "Azərbaycan Dəmir Yolları" QSC və "Azəravtoyol" ASC sonradan ayrılaraq müstəqil quruma çevrilmişdi. Hökumətin apardığı struktur islahatları nəticəsində bu qurumların yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə keçəcəyi barədə məlumat yayılıb.

Bu gözlənilən birləşmə həm mərkəzdən idarə edilmə, həm də dövlət büdcəsinin yükünün azaldılması ilə əlaqələndirilir.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov ölkə.az-a danışıb:

"Struktur islahatlarının davam etdirilməsinə ehtiyac var. Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi struktur islahatları ilə bağlı təkliflər paketi hazırlayıb Azərbaycan hökumətinə təqdim etmişdi. Təkliflər paketinin bir hissəsi reallaşdı, ancaq təkliflər paketi tam olaraq reallaşmayıb. Düşünürük ki, bir çox sahələrdə struktur islahatlarının aparılmasına ehtiyac var.

“Azərbaycan Dəmir Yolları” və “Azəravtoyol”un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşməsi səmərəli olardı. Çünki birmənalı olaraq burada söhbət struktur islahatlarının aparılması və vəsaitlərə qənaət edilməsindən gedir. Bu birləşmə ilə bir tərəfdən dövlət büdcəsindən ayrılan vəsaitlərə qənaət etmək olar, digər tərəfdən də struktur islahatı idarəetmənin ciddiliyinə və şəffaflığına gətirib çıxaracaq. Struktur islahatları, daha çevik idarəetməyə malik olmağa imkan verir. Qeyd etdiyimiz konteksdən “Azərbaycan Dəmir Yolları” və “Azəravtoyol”-un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşməsi daha məqsədə uyğundur. Bu birləşmənin büdəcəyə qənaətini hesablamaq olar. Söhbət milyonlarla ölçülən qənaətdən gedir. Nəticə etibarı ilə bu iki qurumun birləşməsi dövlət büdcəsinə milyonlarla manat qənaətin edilməsi və eyni zamanda çevik idarəetmənin formalaşmasına imkan verəcək.

Düşünürəm ki, təkcə bu sektorda deyil, digər sektorlarda da ehtiyac var. Bu islahatlar həm çevik idarəetmə ilə nəticələnəcək, həm də, dövlət büdcəsinə milyonlarla manat qənaət etdirəcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar