Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

General Rövşən Əkbərov biznesmeni bu cümləyə görə öldürüb

Tarix: 11-08-2021 10:37     Baxış: 4393 A- / A+
General Rövşən Əkbərov biznesmeni bu cümləyə görə öldürüb

Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması davam edir.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.

Daha əvvəl bildirildiyi kimi, general günahını etiraf etmir, ittihamları rədd edir və məhkəməyə gəlməkdən imtina edir. Rövşən Əkbərov da istintaq zamanı qürurla susmağa qərarına gəlib və təqsirləndirilən şəxs qismində ifadə verməyib.

Eyni zamanda cinayət işində general Əkbərov günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydəalınmasıdır. Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.

Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.

Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.
Rövşən Akperovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər" ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.

Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı diqqətinizə təqdim edirik: "Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir edib. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" deyib.

İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar