Xəbər lenti 
					
 
		Sumqayıt Uşaq Xəsətəxanasında elmi konfrans keçirilib - FOTOLAR

Fevralın 28-də Sumqayıt şəhər Uşaq Xəstəxanasında "Seliakiya haqqında müasir təqdimatlar" adlı elmi-tibbi konfrans keçirilib.
Konfransda t.e.n. dos. Yuliya Andreyevna Dmitriyeva (Rusiya) məruzə ilə çıxış edib.
Konfransı giriş sözü ilə açan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş pediatrı, Əməkdar həkim Xalidə Quliyeva hazırda uşaqlar arasında geniş yayılmaqda olan seliakiya (çölyak) xəstəliyinə qarşı mübarizənin əhəmiyyətindən danışaraq konfransda bu mövzuda məruzə ilə çıxış etmək üçün Rusiya Səhiyyə Nazirliyinin xətti ilə Azərbaycanda səfərdə olan tibb elmləri namizədi, dos. Yuliya Andreyevna Dmitriyevanı iştirakçılara təqdim edib.
Y. A. Dmitriyeva seliakiya xəstəliyinin yayılma səbəblərindən, ona qarşı mübarizədə tibb elminin yeni nailiyyətlərindən istifadə edilməsinin vacibliyindən bəhs edib. Rusiyalı tibb alimi vurğulayıb ki, onun da əməkdaşı olduğu kafedra bu istiqamətdə bir sıra tədqiqatlar aparır və əldə edilən nəticələrin tibb aləmində geniş yayılması məqsədilə bu tipli elmi konfransların keçirilməsinə ehtiyac vardır.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının Baş həkimi Müşfiq Məmmədli uşaqlar arasında yayılan xəstəliklərə qarşı müasir elmi nailiyyətlərin mənimsənilməsində belə konfransların keçirilməsinin əhəmiyyətindən bəhs edərək xanım Y. A. Dmitriyevaya məruzə üçün təşəkkürünü bildirib.
Manevr.az-ın əməkdaşı ilə söhbətində dos. Yuliya Dmitriyeva Azərbaycanın əsrarəngiz ölkə olduğunu, böyük inkişaf yolu keçdiyini və Azərbaycan səhiyyəsinin mühüm uğurlar qazandığını vurğulayıb.







	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















