Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Çıxdığımız şərəfli yola davam: "Manevr.az" saytı 5 yaşında

Tarix: 01-08-2021 11:45     Baxış: 4876 A- / A+
Çıxdığımız şərəfli yola davam: "Manevr.az" saytı 5 yaşında

Üzərinə hər-hansı bir missiya götürmək, bir addım atmaq, getdiyin yolda bütün problemləri, qarşına çıxacaq çətinlikləri, maneələri gözə alıb irəliləmək mütləq qətiyyət tələb edir. Düz 5 il əvvəl biz də qətiyyətimizə söykənib çətin və məsuliyyətli bir yola çıxdıq. Yolumuzun adını “Manevr.az” qoyduq- operativ xəbər saytı. Məqsədimiz, məramımız bəlli, operativ və ədalətli olmaq, hadisələrə obyektiv yanaşmaq, oxucunu təzə xəbərlə təmin etmək...
Çıxdığımız şərəfli yola davam: "Manevr.az" saytı 5 yaşında

2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək olmadan, bir neçə nəfər qələmdaşla yayıma başladıq. Gündəmə uyğun informasiya hazırlamaq, yeni xəbər istehsal etmək, ölkədə və dünyada baş verən mühüm hadisələri operativ olaraq oxucuya çatdırmaq idi əsas məqsədimiz. Düşünürəm ki, biz müəyyən mənada məqsədimizə çatmışıq. Əslində bunu geridə qoyduğumuz illər göstərir. Təbii ki, poblem bolluğunda nə qədər əziyyət çəksək də yolumuza davam etmək niyyətindəyik və buna çalışırıq.

Qeyd edim ki, saytımız Vətən müharibəsindən əvvəl Qarabağ həqiqətlərini mütəmadi olaraq öz səhifələrində işıqlandırıb, 44 günlük savaş müddətində isə rəsmi xəbərləri operativ şəkildə oxucularına çatdırıb.
İllərdir ki, hər bir mətbuat işçisinin, jurnalistin, ən böyük arzusu çalışdığı mətbu orqanda Qələbə xəbərini manşetə çxarmaq, bu sevinci paylaşmaq idi. Şükürlər olsun ki, arzular çin oldu və biz Böyük Qələbə sevincini oxucularımızla bölüşə bildik. Bu gün isə Qələbə sevincini əks etdirən yazılar, cəbhə bölgələrindən verilən xəbərlər saytın səhifələrində öz əksini tapır. Eyni zamanda saytda gündəmin əsas mövzularını əhatə edən müsahibələr, təhlillər, reportajlar, video layihələr təqdim edilir.
Bu gün Manevr.az Azərbaycan media məkanında kifayət qədər oxucu auditoriyası qazanıb.

5 il zaman etibarı ilə böyük müddəti əhatə etməsə də görülən işlər, bu ağır informasiya burulğanında boğulmadan, üstəlik yuxarıda qeyd etdiyim kimi, heç bir dəstəksiz fəaliyyətini davam etdirə bilmək gücü əslində bu beş ili daha da dolğunlaşdırıb. Deyə bilərik ki, az vaxtda çox iş görməyə nail olmuşuq.
Bu müddətdə bizimlə əməkdaşlıq edən qurumlar, fərdi qələm sahibləri oldu ki, onlara bizimlə yol yoldaşı olduqları üçün çox sağ olun, deyirik.
Fəaliyyətimiz boyunca neçə-neçə vətəndaşımızın sosial problemini işıqlandırmaqla aidiyyəti qurumlara çağırışlar etdik, problemlərin həllinə vəsilə olmağa çalışdıq. Şəhid ailələrinin, qazilərin, yurd həsrətiylə qovrulan məcburi köçkünlərin səsi olduq.
İlk qələm sınaqlarını redaksiyamıza göndərib yayımlanmasını istəyən gənc yazarlara dəstək olmağı da özümüzə borc bildik.
Bu illər ərzində xeyli nailiyyətlərə imza atdıq. Azərbaycan Mətbuat Şurasının üzvü olaraq müstəqil mətbuat arenasında aparıcı saytlar sırasında yer almağı bacardıq.
Bu gün saytımızın 5 yaşı tamam olur. 5 yaşlı Manevr.az-ın bundan sonra da öz missiyasına sadiq qalacağına, oxucu tələbinə cavab verəcəyinə, haqlının yanında olacağına və bu xüsusda ədalətli yanaşması ilə sözə xəyanət etməyəcəyinə əminəm.
Çıxdığımız şərəfli yola davam: "Manevr.az" saytı 5 yaşında

28 il sözə xidmət edən, jurnalistikada külüng çalan, xarakteri, prinsipiallığı, tələbkarlığı və məsuliyyəti ilə kollektivi sözün əsl mənasında bir yumruq kimi saxlamağı bacaran Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, saytın təsisçis şair, jurnalist Namiq Dəlidağlının rəhbərliyi ilə çox illər qət etməyi düşünürük. Bu inam, qətiyyət və çalışqanlıqla ən az 50 yaşa varacağımıza inanıram.

Əziz Manevr.az rəhbərliyi, kollektivi, 5 yaşımız mübarək! Hədəfimizə çatmağı və indiki kimi gələcəkdə də biz olmağı arzulayıram özümüzə. Əlbəttə, bu təbrikdən bizimlə əməkdaşlıq edən həmkarlarımıza və saytımızın oxucularına da pay düşür. Hər birimizə uğurlar!

Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar