Xəbər lenti
Biləsuvarda Xocalı qurbanları ilə bağlı anım mərasimi keçirilib -FOTOLAR

Manevr.az xəbər verir ki, Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən soyqırım haqqında geniş məlumat verdi. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı "Xocalıda talan var"adlı ədəbi-bədii kompazisiya və Gənclər və İdman İdarəsinin hazırladığı flaşmob nümayiş olundu.

















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar