Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya yenə sərhədə qoşun yığmağa başladı - Kırıma 21 minlik xüsusi qruplaşma yeridildi

Tarix: 21-07-2021 22:03     Baxış: 3269 A- / A+
Rusiya yenə sərhədə qoşun yığmağa başladı

Rusiya yenə Ukrayna sərhədlərinə, bu dəfə ilhaq olunmuş Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb.

Rusiya mənbələri Krım istiqamətində zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri yükləniş dəmiryol eşalonlarının hərəkət etdiyi haqda xəbərlər yayıblar.

Telegram-kanallarda yayılan görüntülərə əsasən eşalonlarda “Solntspyok” ağır odsaçan sistemləri, özüyeriyən artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri və yedəyə alınan artilleriya sistemləri yer alır.

Krıma doğru hərəkət edən və zirehli texnika, artilleriya vasitələri yüklənmiş daha bir dəmiryol qatarı iyulun 19-da Krasnodar yaxınlığında qeydə alınmışdı. Rəsmi mənbələr qoşunların bu yerdəyişməsinə dair heç bir şərh vermir. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Krım istiqamətində qoşun cəmləşdirdiyini təsdiq edib.

Bəzi məlumatlara görə Rusiyanın Krıma əlavə qoşun birləşmələri göndərməsi Ukrayna ordusunun yarımadanın yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlıdır.

Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Lyudmila Denisova bildirib ki, Rusiya daşqınların nəticələrinin aradan qaldırılması bəhanəsi ilə Krıma 21 min hərbçi yeridib.

“Daşqınların nəticələrinin aradan qaldırılması bəhanəsi ilə təcavüzkar ölkə yarımadaya 21 minlik xüsusi hazırlıq keçmiş qüvvə, 1367 vahid avtomobil texnikası və xüsusi texnika yeridib”,-o bildirib. Denisova qeyd edib ki, hazırda Krımda Rusiyanın cəmi 31 minlik qruplaşması var.

Rusiya Ukrayna sərhədlərinə bu ilin martında 120 minlik qoşun qruplaşması cəmləşdirmişdi və Donbassda yeni toqquşmaların başlaması halında Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi planları hazırlanmışdı. Daha sonra Ukrayna Donbassdan qoşunlarını geri çəkdi və Rusiya da sərhədboyu cəmləşdirdiyi qüvvələrinin bir qismini daimi dislokasiya yerlərinə qaytardı. virtualaz.org

Manevr.az

Rusiya yenə sərhədə qoşun yığmağa başladı
Rusiya yenə sərhədə qoşun yığmağa başladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar