Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ərdoğan Şuşadan Putinə mesaj verdi ki, Qarabağa rəhbərlik etmək haqda düşünmə...”

Tarix: 18-06-2021 22:11     Baxış: 3322 A- / A+
“Ərdoğan Şuşadan Putinə mesaj verdi ki, Qarabağa rəhbərlik etmək haqda düşünmə...”

“Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma..."

Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan ibarət altılı platformadan danışarkən bir növ Rusiya Prezidenti V.Putinə xitabən belə bir fikir işlətdi:
“Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla (yəni İlham Əliyevlə - S.L.) birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək".
Bəs görəsən, Türkiyə Prezidentinin həmin çıxışında “Putin eyni qaydada bu cür fədakarlığa hazırdır” deyiminin siyasi-diplomatik açması nədir?

Bununla bağlı açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bunları söyləyib.

“Bu cümlənin açması ondan ibarətdir ki, birincisi, Ərdoğan Şuşaya NATO-nun Brüsseldəki toplantısından sonra gəldi. Bununla Türkiyə lideri diplomatik dillə söylədi ki, mən buraya NATO toplantısından gəldim. Bu, həm də o deməkdir ki, Ərdoğan Qarabağa başda ABŞ olmaqla NATO-dan dəstək aldıqdan sonra gəlib. Düzdü, Türkiyənin bu blokdakı son rolunu ümumi şəkildə yalnız Əfqanıstanda hava limanının qorunmasıyla bağladılar. Əslində isə hal-hazırda Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücə malik olduğuna görə NATO-nun sözçüsü statusundadır. Bir sözlə, bütün bunlar Rusiya liderinə bir mesajdır ki, gəl, normal dolanaq. Yəni sən bütün hər şeyi əlinə keçirməyə çalışma. Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma gəl, Azərbaycana, Qarabağa rəhbərlik etmək haqda düşünmə...” moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar