Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

Tarix: 21-02-2017 21:53     Baxış: 663 A- / A+
Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva bu gün Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.


Mövcud qanunverciliyə əsasən icraedici orqanda fəaliyyət göstərən şəxslər qanunverici orqanda təmsil oluna bilməzlər. Bu səbəbdən Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir.

“Qafqazinfo” məsələ ilə bağlı parlamentin hüquq komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, Mehriban Əliyeva daha yüksək vəzifəyə təyinat alıb və o, bundan sonra fəaliyyətini icraedici orqanda davam etdirəcək.

Onun sözlərinə görə, əvvəllər də belə təcrübələr mövcud olub. Qanunverici orqanda təmsil olunan şəxslər icraediciyə təyinat alanda əvvəlki vəzifələrinə xitam verilir. Bu prosedur MSK-da keçirilən iclasla da protokollaşdırılır:

“Əvvəllər Mehriban Əliyeva bir dairəni təmsil edirdisə, indi bütün Azərbaycanı təmsil etmək hüququna malikdir”.

Qeyd edək ki, Mehriban Əliyeva 4 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar