Sizin Reklam Burada
Xəbər lenti
20 iyun
19 iyun
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI

Tarix: 08-06-2021 12:45     Baxış: 3151 A- / A+
Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI


Azərbaycanda şirkətlərə rəhbərlik edən (qanuni təmsilçilər) şəxslərin kim olduğu ictimaiyyət üçün açıq olsa da, şirkət sahiblərinin (təsisçi, səhmdar) kim olduğu əksər hallarda bilinmir.

Yalnız bank və sığorta şirkətlərinin sahibləri (səhmdarları) haqqında məlumatlar insanlar üçün əlçatandır.

Bu səbəbdən həmin şəxslərin banklar və sığorta şirkətlərində nə qədər səhmlərinin (pulunun) olduğunu bilmək mümkündür.

Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan məlumatlara görə hazırda Azərbaycanda ən çox pulu olan qadın Zərifə Həmzəyeva hesab olunur. Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var. Mətbuatın yazdığına görə, nizamnamə kapitalı 26,5 milyon manat olan “Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır.

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI


Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın milyoner qadınları arasında Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb.

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI


“İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur.
Azərbaycanda milyonlara sahib olan daha bir qadın Nigar İsmayıl qızı Mehdiyeva hesab olunur. “Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın bankdakı payı 74,9% –ə bərabərdir. Bu isə o deməkdir ki, Nigar Mehdiyevanın bankda 49,8 milyon manat vəsaiti var. Nigar Mehdiyevanın ixtisasca həkim olduğu bildirilir.

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI


Məlumat üçün bildirək ki, mətbuatda Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Sadıqovun qızı, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.

Daha bir milyoner qadın “Rabitəbank” ASC-də 30%-lik paya sahib olan Validə Abbasovadır. Açıqlanan rəsmi məlumatlara görə Validə Abasovanın bankda 30,4 milyon manat pulunun olduğu bildirilir.

Azərbaycanda yaşayan və 1 milyon manatdan çox pulu olan qadınların adı və sahibi olduğu şirkətlərin (bank və sığorta şirkəti) siyahısını təqdim edirik:

Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar