Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...” - MÜSAHİBƏ/VİDEO

Tarix: 18-05-2021 18:16     Baxış: 4792 A- / A+
Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...”

Bu gün illərdir alnımızın qara ləkəsi, ürəyimizin dərd yükü kimi taleyimizə, tariximizə yazılan, matəm içində Laçınsızlıq ağrısına büründüyümüz gündü. Ancaq biz təqvimin bu gününü tarixin arxivinə qovuşdurmuşuq daha. 28 ildən sonra ilk dəfə bu ağrını ovutmaq nəsibimiz olub. Qələbə məlhəmi çəkilib yaramıza. Laçınımız azaddır, yurd həsrətimizi 28 yaşında dəfn etdik... Dəyərli bir yurddaşımla həmsöhbət olub, kədərdən sonra ömrümüzə boylanan sevincin şüalarından ümid, inam payımızı götürməyə çalışdıq. Dünəndən, bu gündən, sabahdan danışdıq. Müsahibim özündən daha çox işi, layihələri, imzası görünən iş adamı Şahin Məmmədovdur. O, böyük bir tikinti firmasına rəhbərlik edir. El arasında çörəkverən, xeyriyyəçi kimi tanınır. İctimaiyyət arasında nüfuz sahibidir. Vətəninə, xalqına bağlıdır, yurdunu, elini- obasını sevir və təkcə sevməklə kifayətlənmir. Əməlləri ilə gördüyü işlərlə hər zaman Vətənin xidmətindədir.

Manevr.az əməkdaşımızın əslən Laçın rayonundan olan, tanınmış sahibkar, Qartal Tikinti Şirkətinin direktoru Şahin Məmmədovla müsahibəsini təqdim edir:

Qeyd edək ki, Şahin İdris oğlu Məmmədov 25 Noyabr 1958-ci ildə Laçın rayonunun Pircahan kəndində ziyalı ailəsində anadan olub. Laçın rayonu Pircahan kənd orta məktəbində orta təhsilini 1976-cı ildə başa vurduqdan sonra, elə həmin il Azərbaycan Mühəndis İnşaat İnstitutuna qəbul olub, 1981-ci ildə Sənaye və mülki tikinti ixtisası üzrə inşaatçı mühəndis peşəsinə yiyələnib. Ali təhsilini başa vurduqdan sonra təyinatla Məşədi Əzizbəyov adına Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyində əmək fəaliyyətinə başlayıb. Bu müəssisədə Birliyin baş memarı, Raykom hüquqlu Birlik Komsomol Komitəsinin katibi, Tikinti şöbəsinin rəisi, Material təchizat şöbəsinin rəisi vəzifələrini icra edib. Ş. Məmmədov Azərbaycanda ilk dəfə və SSRİ-də 1-cilər sırasında tikilən ilk “Gənclik Yaşayış Kompleksinin” rəhbəri və təşəbbüskarı olub. 2.11.1988- 06. 06.1990-cı illərdə Bakı şəhərində Mənzil Kommunal Təsərrüfatı Nazirliyində Abşeron texniki inventarlaşma bürosunda 2-ci dərəcəli mühəndisi kimi fəaliyyət göstərib. 1990-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru, 25.09.1993-cü ildən indiyə qədər 100% Şahin Məmmədova məxsus Qartal Tikinti Firmasının Direktoru vəzifəsində çalışır.

Qartal Tikinti Firmasının əməkdaşlarının firmanın rəhbəri Şahin Məmmədovun 60 illik yubileyi münasibəti ilə çəkdikləri “Mübarizələrlə qələbələrə doğru” 35 dəqiqəlik sənədli film vasitəsilə müsahibimi daha yaxından tanıyacaqsınız:


- Salam, Şahin müəllim! Ənənəvi “necəsiniz” sualını verməzdən əvvəl, sizi torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm.

-Salam! Təşəkkür edirəm! Bu gün 18 may 2021- ci ildir. 29 ildə ilk dəfədir ki, Laçının ermənilər tərəfindən işğalı tarixini işğaldan azad olunmuş Laçınla birlikdə qeyd edirik. Bu münasibətlə mən də sizi və redaksiya heyətinizi təbrik edirəm.

-Düşünürəm ki, yaxşısınız. Yəni, itkilərimizə rəğmən, əldə etdiyimiz Qələbə və azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işləri hər birimizdə yalnız pozitivlik, ümid, inam hissi yaradır. Bu baxımdan sizin də eyni duyğulara kökləndiyinizə əminəm.

-Bəli, yaxşıyam. Düşünürəm ki, Qartal Tikinti Firması bu 29 ildə Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin gücünün artırılması istiqamətində çox böyük layihələr icra etdi. Bu qələbədə bizim də payımız vardır.

-Qartallar oylağı Laçınımız 29 ilə yaxın yağı işğalında qaldı. Bu illər ərzində yurd həsrətinizi necə ovutdunuz?

-29 il ərzində mən Laçın haqqında hər gün düşünmüşəm. Ancaq mənim siyasətim bu olmuşdur ki, düşünmək və arzulamaq azdır. Vətənimizin iqtisadi qüdrətini, ordumuzun gücünü artırmaq üçün hər bir sahibkar bu arzuya doğru addımlar atmalıdır.
Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...”

-İllərdir kədər, ağrı-acı içində Laçının işğalı günü kimi qeyd etdiyimiz 18 may tarixi artıq arxiv ömrü yaşayır. 28 ildən sonra Laçın azaddır və artıq işğal matəminin üzərini Qələbə sevinci örtüb. Dağlar yenə öz əzəmətinə qovuşub, bəs dağlar oğlu Şahin Məmmədovun yaşadığı hislər hansı ucalıqdadı?

-Laçının ermənilər tərəfindən işğalını, ermənilərin Laçını viran etməsini, Laçınlıların 29 il ərzində çəkdiyi əzabları biz unutmamalıyıq və gələcək nəsillərə bu faktları çatdırmalıyıq. Bu tarixdən nəticə çıxarıb, daha güclü olmalıyıq. Dövlətimiz və ordu ətrafında birləşməliyik. Laçının bir daha düşmən tapdağı altına düşməməsi üçün mübarizə aparmalıyıq. Bu şərəfli mübarizədə dövlətimizə və xalqımıza uğurlar arzulayıram. QARABAĞ AZƏRBAYCANDIR!

- Bu yaxınlarda müqəddəs yurd yerini ziyarət etmisiz. 29 ildən sonra ayaq basdığınız Laçın torpağı sizi necə qarşıladı?

-Ötən ay mən Laçında oldum. Ermənilərin Laçını necə viran etdiklərini, evlərimizi, qəbristanlıqlarımızı dağıtdıqlarını öz gözlərimlə gördüm. Gördüyüm vandallığı, vəhşiliyi mən belə təsəvvür etmirdim. Sanki təbiət də küsüb, erməniləri qəbul etməyib, quşların sayı azalıb, bulaqlar quruyub. Laçının Laçını sevən insanlara ehtiyacı vardır ki, bu yerlər yenidən canlansın.
Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...”

- Ruhunuzdakı qurub-yaratmaq eşqi, doğulduğunuz torpağın əxz etdiyi, daha doğrusu dağların ucalıq ehtivası sizi yüksəliş yolunu seçməyi sövq etdi? Niyə məhz inşaat sahəsini seçdiniz?

-Firmanın adı bizim hədəflərimizə uyğundur. Biz keyfiyyətli işimiz və biliklərimiz, işgüzarlığımız sayəsində yeni-yeni zirvələr fəth edir və Qartal kimi ucalırıq. Hərbi və telekommunikasiya obyektlərinin tikintisində Azərbaycanda tanınmış firma statusundayıq.

- Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz. Böyük bir tikinti firmasına rəhbərlik edirsiniz. Firmanın “Qartal” adlandırılmasının alt qatında Laçın “şifrəsi” varmı?
Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...”

- Sahibi olduğum firmanın adının Qartal seçilməsinin bir səbəbi də Qartallar yuvası Laçındır.

-Qartal Tikinti Firması çoxsaylı layihələrə imza atıb. Hündürlükdə işlər, telekommunikasiya və xüsusi təniyatlı obyektlərin tikintisi üzrə Azərbaycan inşaat bazarında lider firmalardandır. Uğurlarınıza yol açan nədir?

- Düzgünlük, dürüstlük, işgüzarlıq, kontrakt şərtlərinə yaradıcılıqla əməl edib keyfiyyətli iş görmək Qartal Tikinti Firmasının hər bir işçisinin amalıdır. Bu strategiya Qartal Tikinti Firmasının uğurunu təmin edir.

- Yəqin ki, işğaldan azad olunmuş torpaqlarda, xüsusən də Laçında “Qartal”ın izləri görünəcək?

-Hazırda Laçında və işğaldan azad olunmuş rayonlarda Ermənistan və İran sərhədi boyunca Xüsusi Dövlət Rabitəsinin baza stansiyalarını tikirik. Gələcəkdə də başqa layihələrin icrasını planlaşdırırıq.

-Torpaqların işğalı təkcə ərazi deyil, eyni zamanda ərazilərin inkişafının işğalı deməkdir. Bu 30 il ərzində o varlı torpaqlada nələr yaratmaq olmazdı?! Dağılmış, uçulmuş, viran qalmış yurd yerini görəndə içinizdə hayqıran səsi necə sakitləşdirdiniz?

- Hesab edirəm ki, 29 illik erməni işğalı bizim insanlarda vətənpərvərlik, düşmənlərə qəzəb hissini xeyli gücləndirdi və yüksək texnologiyaya malik hərbi texnika, vətənpərvərliklə köklənmiş hərbçilər, müzəffər Ali Baş Komandan qələbəmizi təmin etdi. Düşünürəm ki, hər bir sahibkar öz imkanı çərçivəsində işğaldan azad olunmuş rayonlarda istehsal və kənd təsərrüfatı, turizm sahəsində müəssisələr açmalı, iş yerləri yaratmalıdır ki, insanların doğma yurdlarına qayıtmasını dövlətlə birlikdə stimullaşdıra bilsin. Torpaqları işğaldan azad olunmuş hər bir vətəndaş dövlətlə yanaşı öz ata yurdunun bərpa olunması yolunda müəyyən işlər görməlidir.

- İnkişafa 30 il gecikmiş əraziləri az bir müddətdə bu günə qovuşdurmaq istəyiniz, planlarınız olmamış deyil. Bununla bağlı hər hansı təklif almısınızmı?

-Təkliflər və planlar çoxdur. Ancaq ilkin məsələ bu ərazilərin təhlükəsizliyini təmin etmək və müvafiq infrastrukturu qurmaqdır, sonra isə baş plana uyğun yeni binalar və təsərrüfat subyektlərinin tikintisinə başlamaqdır.

-Ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətlərinizə görə Fəxri Diplomla təltif olunmusunuz. Xidmətlərinin dəyərləndirilməsi necə bir hisdir?
Şahin Məmmədov: “Laçını arzulamaq azdır, bu arzuya doğru addımlar atmalıyıq...”

-Hər bir sahibkarın dövlət qarşısında vergilər ödəmək öhdəçiliyi olduğu kimi, yaşadığı və doğulduğu yerə də müəyyən köməkliklər etmək kimi mənəvi borcu da vardır. Bütün fəaliyyətimiz dövründə Sumqayıt şəhərində və Laçın raytonunun sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxtakörpü ərazisində öz vəsaitimiz hesabına sosial obyektlər tikib, Sumqayıt şəhərinə və Laçın rayonu İcra hakimiyyətinə təhvil vermişik, digər humanitar aksiyalar həyata keçirmişik. Bu siyasətimizi gələcəkdə də davam etdirmək niyyətindəyik.

-Firmanız qabaqcıl dünya və Avropa telekommunikasiya şirkətlərinin partnyorudur. İşinizdə xarici şirkətlərin peşəkarlıq siyasətindən istifadə edirsinizmi?

-Bizim əsas xarici partnyorlarımız Türkiyənin telekommunikasiya tikintisi sahəsində çalışan şirkətlər, həmçinin, Almaniyanın, Danimarkanın, Çexiyanın, Çinin, Amerika Birləşmiş Ştatlarının tanınmış telekommunikasiya şirkətləridir. Biz fəxr edirik ki, Azərbaycan mobil telekommunikasiya şəbəkəsinin, radar izləmə sistemlərinin müasir texniki səviyyəyə gətirilməsində Qartal Tikinti Firmasının böyük rolu olmuşdur

-Kadr seçərkən nələrə üstünlük verirsiniz?

-Kadr seçərkən, onun texniki biliklərinin yüksək olması, etik davranışı və işgüzarlığ, yenilikləri öyrənməyə istiqamətlənmiş olmasını əsas götürürük.

Söhbət etdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar