Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərovun Qarabağ probleminə soldan baxışı

Tarix: 17-05-2021 20:39     Baxış: 2596 A- / A+
Şahlar Əsgərovun Qarabağ probleminə soldan baxışı

“30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şeyi başa saldıq
İ.ƏLİYEV

Özəl təhsillə yaxından tanış olmaq üçün bir neçə deputat 1996 –cı ldə Türkiyəyə ezam olunmuşduq. Atatürk hava limanında gözümə bir şüar dəydi:“İstiqrarımız səmadadır”. Böyük Atatürk bu sözləri 1930-cu illərdə söyləmişdi. 12 may 2021-ci ildə Şuşada “Xarıbülbül festivalı”-nda iştirak edib qayıdarkən M.Atatürkün bu fikri avtobusda 25 ildən sonra yadıma təzədən düşdü. “İstiqrarımız Şuşadadır” düşüncələri altında yaranmış fikirlərimi əziz oxucularla bölüşmək istəyirəm. Axı, Şuşa, sanki səmadan asılmş şəhərdir.

İnsan oğlunun üç mühitdə yaşamaq potensialı var. Onlardan biri torpaq, digərləri isə su və səmadır. Tarixə nəzər salsaq görərik ki, ulu babalarımızın əsrlər boyu at belində torpağın potensialından, gəmilər vasitəsi ilə dənizin potensialından uğurla istifadə ediblər. XX əsrdən başlayaraq Qərb dövlətləri səmanın potensialından da istifadə edirlər. Ancaq Şərq əhli bu potensialından istifadə edə bilməyib. Çünki, səmaya (kosmosa) nə at belində, nə də gəmi ilə getmək mümkün deyil. Kosmosa yol ancaq elm və təhsildən keçir. Bu sahədə də vəziyyətimiz hər kəsə bəllidir. Deməli, geriliyimizin əsas səbəbi elm və təhsildə geriliyimiz olub. Nəticədə, Şərq dünyada gedən proseslərin passiv tərəfinə çevrilibdı. Fəlsəfi dillə desək, Qərb dünyada cəryan edən hadisə və proseslərin subyekti olanda, Şərq obyekti olmuşdur. Bəşəriyyət istehsalçı Qərbə və istehlakçı Şərqə bölünmüşdür.
1991–ci ilə qədər çox illər boyu biz ölkəmizdə gedən proseslərin idarə olunan tərəfi, əzilən tərəfi olmuşuq. Kəlbəcər əhalisini qırğından xilas etmək üçün Prezident Elçibəy 1993-cü ildə Türkiyə Prezidenti Dəmrəldən bir vertolyot istədi, onu ala bilmədi. Acınacaqlı durumda yaşamışıq.
Ancaq tarixi gedişat öz işini görür və dünya dəyişir. Türkiyənin timsalında deyə bilərik ki, bu ölkə bir sıra sahələrdə (misal üçün, tikinti və toxuculuq) obyektdən subyektə çevrilə bildi. Adam başına düşən ÜDM ilbəil artdı. Dünya səviyyəli universitetlər qura bildi. İmperialist hegomonluğuna qarşı çıxdı. Hürr yaşamaq düşüncəsini ortaya qoydu. Davranış ritorikasında yeni tezislər eşidildi. Beynəlxalq tribunalardan müxtəlif dillərdə cənab R. Ərdöğan “Dünya 5-də böyükdür”, “One minute”, və ya İ.Əliyev “Карабах - это Азербайджан и восклицательный знак” nidaları eşidildi. Bu nidalar yeni dünya düzənindən xəbər verirdi. Bu gedişatda Qarabağ səbəb deyil, nəticədir.
Bu gün artıq həm Türkiyəni, həm də Azərbaycanı kosmos klubunun üzvü hesab etmək olar. Pilotsuz uçuş aparatı, beşinci nəsil hərbi təyyarə istehsalı Türkiyəni güc mərkəzinə çevirir. Türkiyə istehsalı olan Bayraktar TB2, II Qarabağ müharibəsində müzəffər Ordumuzun parlaq qələbəsində payı çox böyükdür.
Qarabağda bu tiriumfal qələbəyə Qərbin riyakar mövqeyi diqqəti cəlb edir. Şuşanın azad olmasına bir uğurlu hərbi hadisə kimi yox, həm də imperializim zəncirinin qırıldığı həlqə kimi baxırlar. Üstəlik, Minsk üçlüyünün rədd edilməsini çox ciddiyə alırlar. Onlar bizim bu Zəfərə imperializmin zəiflədiyinin göstəricisi kimi, sonun başlanığıcı kimi baxırlar.
Qərb dünyasının Qarabağ ermənilərə görünən və ya görünməyən himayəsinin arxasında başqa bir səbəb də var. Belə ki, Qərb Dünyaya nəzərəti itirir. Fransanın və digər irili -xırdalı dövlətlərin hay –həşir qoparmasının səbəbi, tək dini həmrəylik deyil, həm də bəşəri idarəetmədə aktiv rolunu itirmək qorxusudur. İctimai-siyasi proseslərdə subyekdən obyektə çevrilmə qorxusudur. Qarabağda qırılmış “imperializim zənciri” kimi ideoloji silahını Prezident İlham Əliyevin Bakıda yaratdığı “Hərbi qənimətlər Parkı”nda eksponant kimi görmək qorxusudur.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə bağlı sosial şəbəkədə geniş yayılmış bir fikrimlə yazıya son vermək istəyrəm:"İslam dünyası üçün Məkkə nədirsə, Türk dünyası üçün İstanbul nədirsə, Qərb dünyası üçün Vyana nədirsə, Azərbaycan üçün də Şuşa odur”.

Prof. Şahlar Əsgərov,
TN yanında İctimai Şuranın sədri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar