Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş qaldırmağa cəhd etsələr, dərhal məhv ediləcəklər - Ramil Usubov

Tarix: 06-05-2021 10:50     Baxış: 4597 A- / A+
Baş qaldırmağa cəhd etsələr, dərhal məhv ediləcəklər - Ramil Usubov

“Məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir”.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycaan” qəzetinə müsahibəsində deyib.

O, bildirib ki, müharibə müzəffər Ali Baş Komandanımızın sarsılmaz qüdrəti, Silahlı Qüvvələrimizin şücayəti və qəhrəmanlığı sayəsində düşmən üzərində tam qələbə ilə başa çatıb:

“Bütün dünya da möhtərəm Prezidentimizin yaratdığı yeni hərbi, siyasi, coğrafi reallığı qəbul edir, onunla hesablaşır. Qatı millətçi siyasi qüvvələrin primitiv revanşist bəyanatları isə daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq erməni xalqının əksəriyyəti belə bu absurd rəylərə inanmır. Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur.

Ali Baş Komandan bu günlərdə verdiyi müsahibəsində də xüsusi vurğuladı ki, Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Prezident İlham Əliyevin bu məsələyə açıqladığı konkret münasibət belədir ki, ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.

Təhlükəsizliyə təhdiddən danışırıqsa, bir məsələni də unutmayaq. İstisnasız olaraq, bütün dövlətlər və xalqlar hansısa təhdiddən sığortalanmayıb, o cümlədən də Azərbaycan. Yəni qlobal terrorizmin hər gün daha da genişləndiyi, yeni münaqişə ocaqlarının davamlı artması, müharibə qurbanlarının sayının yüksəlməsi fonunda bütün dünya üçün real və böyük təhdidlər var.

Azərbaycan dövlətinin də fəaliyyətində üstünlük verdiyi başlıca istiqamətlərdən biri məhz bu təhdidlərə qarşı birgə mübarizənin təşkilidir. Elə Vətən savaşının da əsl mahiyyəti Azərbaycanla yanaşı, bütün Qafqazı təhdid edən, Avrasiya məkanının sağlam və sabit inkişafına mane olan işğalçı aqressiv separatizmi, terrorizmi məhv etmək idi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar