Xəbər lenti
"Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir" - Xanlar Vəliyev
"Ölkə başçısı rəhbərinə güvənən və ona arxalanan xalqın ümidlərini, həmişə olduğu kimi, növbəti dəfə də doğrultdu. Hər kəs bir daha gördü ki, möhtərəm Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir."
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev söyləyib:
"Prezident dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın qüdrətlənməsini özünəməxsus peşəkarlıqla sürətləndirməklə yanaşı, onun davamlılığını təmin edir. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı daha da güclənir, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması prosesi sürətlənir, elmi texnologiyaların son nailiyyətləri həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bütün bunlarla bərabər, aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır və ölkəmiz hərtərəfli inkişaf edir",- deyə Xanlar Vəliyev vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar