Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Arif Əsgərovun həbsi reallaşır -ayağında 48 milyon oğurluq var

Tarix: 16-02-2017 09:16     Baxış: 6457 A- / A+
Arif Əsgərovun həbsi reallaşır


Sabiq nazir müavini hazırda müdafiəsiz və himayəçisiz qalıb; iki il öncə istintaqdan yayınmaq üçün Nəqliyyat Nazirliyində formal vəzifə tutan Əsgərov hazırda bütün immunitetini itirmiş durumdadır; canını qurtarmaq üçün onun iki yolu var...


Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra Ziya Məmmədov işsiz qalıb. O, açıqlamasında deyib ki, daha nazir deyil, sıravi vətəndaşdı. Z.Məmmədovun nazir postundan kənarlaşdırılıb daha yüksək vəzifəyə gətiriləcəyi haqda deyilənlər isə hələlik öz təsdiqini tapmır. Amma hakimiyyətin indiyədək olan yanaşmasından çıxış edərək demək olar ki, Z.Məmmədov işsiz qalmayacaq. Deyilənlərə görə, o ya prezidentin müşaviri təyin ediləcək, ya da xarici ölkələrdən birinə səfir göndəriləcək.

Z.Məmmədovun nazirliyinin ləğvi onun müavinlərini də işsiz qoyub. Üstəlik, həm də sabiq nazir müavinləri himayəsiz, müdafiəsiz qalıblar.

Ən qəliz vəziyyətlə isə heç şübhəsiz Arif Əsgərov üzləşib. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.

İş üzrə 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Qeyd edək ki, o dövrdə məsələ ilə bağlı çox müzakirələr aparıldı, mətbuatda, həmçinin “Yeni Müsavat”da silsilə yazılar dərc olundu. Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi o dövrlərdə hər kəsi maraqlandıran suallardan idi. Arif Əsgərovun Ziya Məmmədovla yaxın münasibətlərinin olduğu da bilinirdi.

İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edildi. Bununla da A.Əsgərov 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bildi.


Bəs indi onun aqibəti necə olacaq?

Özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür. Kifayət qədər pulu, malı-mülkü olan bu adam istintaqçıların və hakimiyyətdəki digər qruplaşma liderlərinin diqqətini çəkməyə bilməz. Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar