Xəbər lenti
Pulu bankda qalanların nəzərinə
“Qafqaz İnkişaf Bankı” və "Atrabank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.
AzVision.az Fondun saytına istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı Qərardadına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla AzMərkəzi Bankın “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.
Əmanətlərin Sığortalanması Fondu 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək. “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar