Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm“"

Tarix: 15-04-2021 19:17     Baxış: 2292 A- / A+
Şuşa şəhidinin atasından prezidentə müraciət
"Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm“"

Şuşa uğrunda Daşaltıda şəhid olan Roman Pənahovun atası Sərkər Pənahov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə, 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyevaya, Milli Məclisin sədri, millət vəkili, xanım Sahibə Qafarovaya və ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova mətbuat vasitəsilə müraciət edib.
Şəhid atası oğlunun kənd təsərrüfatı məqsədi ilə istifadə etdiyi torpağın icarə müqaviləsinin yenilənməsinə “qanuni əsas”ın olmadığı barədə Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) qüvvəyə minməmiş qərarı üzrə işə 3 -cü şəxs qismində cəlb edilməsi haqqında vəsatətinin nəzarətə götürülməsini diləyib. Müraciətdə deyilir :

“Cənab Ali Baş Komandan!

Hörmətli 1-ci vitse-prezident!

Hörmətli Milli Məclis sədri!

Cənab nazir!

"Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm“"

Mənim oğlum Roman Pənahov Şuşa uğrunda Daşaltıda şəhid olub. Oğlumun Vətən uğrunda şəhid olmasından qürur duyuram. Balam şəhid olmamışdan qabaq iş ortağı Firuz Maarif oğlu ilə kənd təsərrüfatı məqsədi ilə istifadə etdikləri torpaqda arıçılıqla məşğul olurdu. Bizim dolanışığımız torpaqdan çıxır, əlimizin zəhməti ilə dolanırıq . Həmin torpaq sahəsi ilə bağlanmış icarə müqaviləsi bələdiyyə tərəfindən uzadılmadığından bir il qabaq Şəki İnzibati Məhkəməsinə müraciət edilib. Bu arada Qarabağ Vətən savaşına qatılan oğlumdan xəbər gəlmədi və dostu(m) Firuz igid balamı Daşaltıdan tapıb gətirdi. Şəki İnzibati Məhkəməsinin qanunsuz qərar qəbul etməyəcəyinə arxayın olduq. Məhkəmə isə bizə xəbər etmədən cavabdehin teleqramı “əsasında” qərara alıb ki, iddia tərəfinin 17 ildir istifadə etdiyi torpağa dair icarə müqaviləsi bağlanılmasına heç bir qanuni əsası yoxdur. Bu 24.02.2021 tarixli 2-1 (116)-103/21 nömrəli qərar qüvvəyə minmədiyindən məhkəməyə vəsatət verib , marağıma toxunduğuna görə , 3-cü şəxs qismində işə cəlb edilməyimi xahiş etmişəm. Sizdən işin nəzarətə götürülməsini təmin etməyinizi, Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm.
"Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm“"

Sərkər Pənahov“

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar