Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əhmədzadədən sonra bu məmurlar da istefaya göndərilə bilər

Tarix: 03-04-2021 16:36     Baxış: 3232 A- / A+
Əhmədzadədən sonra bu məmurlar da istefaya göndərilə bilər


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi islahatların növbəti mərhələsi kimi xarakterizə edilir.

Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə "Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı.

Ötən ilin iyulunda keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini tənqid etməsi yenidən ictimai diqqəti Əhməd Əhmədzadənin üzərinə yönəltdi. Müşavirədən dərhal sonra onun işdən çıxarılacağı barədə məlumat yayıldı. Ancaq bu dəfə də gözləntilər özünü doğrultmadı.

Ekspertlər hesab edir ki, Əhməd Əhmədzadənin, nəhayət, işdən çıxarılması artıq yerində möhkəm oturan məmurların komandadan kənarlaşdırılması prosesinin başlanğıcı hesab edilə bilər. Onların fikrincə, bu mərhələdə "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sədri Cahangir Əsgərov və "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov da istefaya göndərilə bilər.

Su təsərrüfatına həsr olunmuş müşavirədə Qorxmaz Hüseynov da Əhməd Əhmədzadədən az tənqid olunmayıb. Digər tərəfdən, o, bu yaxınlarda Türkan qəsəbəsində yerləşən 100 milyonluq villası ilə gündəmə gəlmişdi. Qorxmaz Hüseynovun dəbdəbəli həyatı ictimai narazılığa səbəb olmuşdu. Bu baxımdan, onun da yeni kadrla əvəzlənəcəyi barədə deyilənlər inandırıcı görünür.

Cahangir Əsgərovla Cavid Qurbanova gəlincə, bu günlərdə Prezidentin sərəncamı ilə onların rəhbərlik etdikləri qurumun müşahidə şuraları yaradılıb. Bununla yanaşı, AZAL və ADY İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, Cahangir Əsgərovla Cavid Qurbanovun rəhbərliyi faktiki olaraq formal xarakter daşıyır. Güman ki, yaxın vaxtlarda onların karyerasına son qoyulacaq./hit.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar