Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq məmurların gözqamaşdıran pensiya məbləğləri - SİYAHI

Tarix: 01-04-2021 14:17     Baxış: 4240 A- / A+
Sabiq məmurların gözqamaşdıran pensiya məbləğləri - SİYAHI


Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.


Manevr.az
bildirir ki, unikal.org sabiq nazirlərin, məmurların və millət vəkillərinin nə qədər təqaüd almasını dəqiqləşdirib.

Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.

Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.

Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.

Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.

Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar