Xəbər lenti
Bu tarixdə Yer kürəsində neft tükənəcək - ŞOK PROQNOZ

Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək.
Bu barədə Çin Xalq Respublikasının Texnologiya Universitetinin prezidenti və ölkənin Elmlər Akademiyasının üzvü Syue Sikun bildirib.
Alim qeyd edib ki, son 250 il ərzində dünyada yeraltı enerji mənbələrinin hasilatının artımı ilə üç sənaye inqilabı baş verib.
Mütəxəssis bunu və dünya iqtisadiyyatının inkişaf templərini nəzərə alaraq, yaxın yarım əsr ərzində karbohidrogen resurslarının tükənəcəyini proqnozlaşdırır. O, buna görə tərəqqinin indiki səviyyəsini saxlamaq üçün ənənəvi enerji daşıyıcısıları alternativ enerji mənbələri ilə əvəz etməyə çağırıb.
Syue Sikun xüsusi halda Günəş enerjisini önə çəkib. Alim qeyd edib ki, bu, tükənməyən enerjidir. Bundan başqa, o, kömürü və təbii qazı hidrogen yanacağı ilə əvəz etmək imkanını nəzərdən keçirməyi təklif edib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar