Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

İşləyən şəhid ANA-ları və şəhidlərin həyat yoldaşları təqaüdə güzəştlə, 10 il tez - 55 yaşlarında çıxarılsınlar

Tarix: 06-03-2021 10:16     Baxış: 3245 A- / A+
MÜHÜM TƏKLİF
İşləyən şəhid ANA-ları və şəhidlərin həyat yoldaşları təqaüdə güzəştlə, 10 il tez - 55 yaşlarında çıxarılsınlar


Xalqımız artıq dördüncü aydır ki, ölkəmizin müdrik rəhbəri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun tarixi, möhtəşəm Qələbəsinin böyük sevincini yaşamaqdadır. Bu misilsiz Qələbə minlərlə igidlərimizin qəhrəmanlıqları, şücaətləri, onların qanı və canı hesabına qazanılmışdır. Həm 1-ci Qarabağ savaşında, həm də sonuncu Vətən müharibəsində xalqımızın yüzlərlə oğlu, qızı şəhidlik zirvəsinə ucalmışlar. Onların hər birinin xatirəsi qədirbilən xalqımız üşün hər zaman əziz və unudulmazdır.

Övladlarını Vətən üçün mərd və igid kimi böyüdüb-tərbiyə edən anaların, ərlərini Vətən sevgisi ilə döyüşlərə qələbə arzusu-istəyi ilə yola salmış gənc qadınların qarşısında xalqımız ehtiramla baş əyir. Son müharibəmizdə onların hər biri Vətənə böyük məhəbbət və sədaqət nümunəsi göstərərək, azğın düşmənlə döyüşə yollanan oğullarının, atalarının, qardaşlarının, ərlərinin arxasınca göz yaşı yox, su səpərək uğurlar arzuladılar, 30 ilə qədər həsrətində olduğumuz böyük Qələbə naminə ayrılığa və çətinliklərə mətanətlə dözdülər. Bu özü də ana və bacılarımızın Vətən sevgisindən irəli gələn mərdlik, qeyrət nümunəsi kimi yaddaşlardan heç vaxt silinməyəcək.

Müharibədə nə qədər analar oğul, bacılar – qardaş, övladlar - ata, gəlinlər - həyat yoldaşlarını əbədilik itirdilər. Çox təəssüf ki, qələbəyə aparan yol itkisiz olmur. Heyf ki, bu, qaçılmazdır.
İşləyən şəhid ANA-ları və şəhidlərin həyat yoldaşları təqaüdə güzəştlə, 10 il tez - 55 yaşlarında çıxarılsınlar

Dövlətimiz və xalqımız hər bir şəhid və qazi ailəsini hər zaman ehtiramla yad edir. Vətənpərvərliyi, miIlətsevərliyi, qayğıkeşliyi ilə xalqımızın böyük məhəbbətini qazanmış ölkə rəhbərliyi – Prezidentimiz İlham Əliyev bütün şəhid ailələrini daim diqqətdə saxlayır, onlara hər cür yardım göstərir, ömürlük müavinətlə, mənzillə, torpaq sahəsi və s.-lə təmin edir. Ancaq bütün bunlarla yanaşı o da çox yaxşı və düzgün olardı ki, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş bütün Azərbaycan oğullarının ailələrinin - şəhid analarının və həyat yoldaşları şəhid olan qadınların iş stajından asılı olmayaraq təqaüdə 65 yox, 55 yaşında çıxarılmalarına qərar verilsin.

Onsuz da ömürlük dərd-qəm istər-istəməz onların fiziki sağlamlığına təsirsiz qalmayacaq, onların qəddini elə 50-55 yaşında da əyəcək, qocaldacaq, bəlkə heç bəziləri talelərinə düşmüş ömürlük dərd əlindən o yaşa da çata bilməyəcəklər (1-ci Qarabağ müharibəsində övladları şəhid olan tanıdığım analar vardı ki, heç 50 yaşına çatmadan dünyadan köçmüşdülər). Odur ki, şəhid analarının və şəhid xanımlarının təqaüdə 10 il əvvəl çıxmaları haqqında veriləcək qərar onların ağrı-acılarını yüngülləşdirməsə də, hər halda övlad-nəvə qayğılarını, problemlərini az da olsa azaldar və dövlətin, Prezidentin daim onların arxalarında olmalarına inamlarını daha da çox artırar, bundan böyük qürur duyarlar.
İşləyən şəhid ANA-ları və şəhidlərin həyat yoldaşları təqaüdə güzəştlə, 10 il tez - 55 yaşlarında çıxarılsınlar

Özlərinin əzizlərini, ər və övlad dayaqlarını itirmiş anaların, dul qalmış gəlinlərin təqaüdə 50-55 yaşlarında çıxmaları onlara mühüm bir mənəvi təsəlli ola bilər (o da məlumdur ki, anaların və gəlinlərin ən azı yarıya qədəri işləmir və ya işsizdir, ona görə də onların təqaüdə erkən çıxmaları maliyyə baxımından dövlət üçün elə bir problem yaratmaz). İnanırıq ki, bununla bağlı veriləcək humanist qərar şəhid ruhlarını da sevindirər, xalq tərəfindən də böyük rəğbətlə qarşılanar.

P.S. Bu, həm də qadınlar arasında işsizliyin müəyyən qədər azaldılmasında, onların işlə təminində mühüm rol oynaya bilər.

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.


İşləyən şəhid ANA-ları və şəhidlərin həyat yoldaşları təqaüdə güzəştlə, 10 il tez - 55 yaşlarında çıxarılsınlar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar