Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yaxın günlərdə DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYACAQ, bir-iki gün dözəcəklər, sonra RUSİYA… – SENSASİYA

Tarix: 05-03-2021 08:03     Baxış: 3215 A- / A+
Yaxın günlərdə DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYACAQ, bir-iki gün dözəcəklər, sonra RUSİYA…

Donbassda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. “İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək…”, – Jirinovski bildirib.

Litvaya qaçan belaruslu fəal Olqa Karaçla söhbətində Jirinovski deyib ki, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır. Onun sözlərinə görə, müharibə çox güman ki, mayda başlayacaq.

“1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbass uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi”, – o deyib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün “top yemi” olacaq.
Yaxın günlərdə DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYACAQ, bir-iki gün dözəcəklər, sonra RUSİYA…

“Böyük təxribat üçün onlar ilk bir-iki günü dözəcəklər. Sonra hamısı məhv ediləcək. Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir”, – Jirinovski hadisələri belə proqnozlaşdırıb.

“Məğlub olacaqlar”, – siyasətçi Ukraynanı nəzərdə tutaraq əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağı hərbi yolla azad etməsindən sonra Donbass separatçıları ciddi təşvişə düşüb. Onlar narahatdır ki, Ukrayna ordusu da eyni ssenari ilə, Türkiyədən aldığı “Bayraktar”ları da tətbiq etməklə hücuma keçəcək. Ötən gün Rusiya mənbələri “Donetsk özünümüdafiə ordusu”undakı acınacaqlı vəziyyət barədə məlumatlar yaymışdı və orada deyilirdi ki, Ukraynanın yazda gözlənilən hücumu ərəfəsində separatçıların ordusunda texnikanın yarıdan çoxu “metallom”dur, muzdlulara maaş verilmir, təchizat çox pisdir, motivasiya yoxdur. Ən adi hərbi vasitələr belə çatışmır. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar